2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib – QİYMƏTİ

    Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar. Söhbət, Redmi Note 11T ProNote 11T Pro+ smartfonlarından gedir. Təqdim edilmiş bu yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər və bəzi texniki özəlliklər baxımından fərqlənirlər. Beləliklə hər iki smartfon 144 Hz-ə kimi olan təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranların yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonların arxa panelləri şüşə materialdan hazırlanıb və onların gövdələri IP53 standartı üzrə sudan qorunurlar.

Saytların yığılması Saytlarin yigilmasi

    Smartfonlar özlərində həmçinin naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi, kontaktsız ödənişlər üçün NFC çipini və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirirlər. Hər iki smarrtfon 8 nüvəli 5 nanometrlik MediaTek Dimensity 8100 prosessoru ilə təchiz olunub. Digər özəlliklərə gəldikdə isə Redmi Note 11T Pro modeli 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə əhatə bucağı) + 2 MP üçlü axra kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Note 11T Pro+ modelinə gəldikdə isə o da demək olar ki, eyni texniki göstəricilərə sahibdir.

    Sadəcə olaraq Note 11T Pro+ modelinin 512 GB daxili yaddaşa sahib versiyası var. Həmçinin bu model yalnız 8 GB RAM ilə təchiz olunub. Bundan əlavə olaraq sözügedən model 120 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfonlar MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışırlar. Yeni smartfonlar bu ayın sonunda Çində satışa çıxacaqlar. Onların qlobal bazarda satışları barəsində məlumat isə daha sonra veriləcək. Bundan əlavə olaraq Xiaomi bildirib ki, qarşıda olan yay aylarından birində həmçinin Redmi Note 11T modeli də təqdim ediləcək. Yeni smartfonlara gəldikdə isə onların Çində satış qiymətləri aşağıdakı kimi olacaq:

– 6 GB RAM-a və 128 GB yaddaşa sahib Note 11T Pro – 270$

– 8 GB RAM-a və 128 GB yaddaşa sahib Note 11T Pro – 285$

– 8 GB RAM-a və 256 GB yaddaşa sahib Note 11T Pro – 315$

– 128 GB yaddaşa sahib Note 11T Pro+ – 300$

– 256 GB yaddaşa sahib Note 11T Pro+ -330$

24 saat” “Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button