2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Referendum Aktına qarşı çıxanlar Azərbaycanın tərəqqisini istəməyənlərdir

Əli Həsənov: “Bəzi media orqanlarında referendumla bağlı həqiqətəuyğun olmayan materiallar yerləşdirilir”

Referendum Aktı ilə bağlı baş tutacaq səsverməyə sayılı günlər qalıb və bu fator, belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq müstəqil Azərbaycanın inkişaf tarixinə növbəti yeni səhifə açılır. Lakin ölkəmizdə mövcud olan demokratiya və plüralizm prinsiplərinin möhkəm dayaqlara söykənməsi, o cümlədən, tərəqqi vektorunun özündə geniş müstəvini əhatə etməsi bəzi daxili və xarici qüvvələrin qısqanclığına, gözügötürməzliyinə səbəb olmaqdadır. Burada isə təəccüblü nə isə axtarmağa ehtiyac yoxdur.
Hər şeyə rəğmən, öz müstəqil seçimini edən xalqımız bu dəfə də dövlətin yanında olduğunu referendum günü sərgiləyəcək
Azərbaycan dövləti son illərdə istər Cənubi Qafqaz regionunda, istərsə də beynəlxalaq arenada seçilən bir ölkəyə çevrilməklə yanaşı, digər bir çox nəhəng layihələrdə aparıcılıq funksiyasını yerinə yetirməkdədir. Əlbəttə ki, bütün bunların arxasında güclü, qətiyyətli, müstəqil və balanslı siyasətin yürüdülməsi faktoru dayanmaqdadır. Azərbaycan dünyada islahatçı ölkə kimi tanınmaqda davam etdikcə, ölkəmizə qarşı qısqanc nəzərlərlə baxanların da sayı istər-istəməz artmaqdadır. Ancaq hər şeyə rəğmən, öz müstəqil seçimini edən xalqımız bu dəfə də dövlətin yanında olduğunu referendum günü sərgiləyəcək. Nəticədə, bəzi Qərb dairələri, o cümlədən, işlərini başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdə görən təşkilatlar Azərbaycanı mövcudluğu bilinib-bilinməyən müxalifət vasitəsilə islahatçılıq və inkişaf yolundan döndərməyə çalışsa belə, buna müyəssər ola bilmir.
“Azərbaycanda Referendum Aktını ölkədə aparılan islahatların davamı kimi qiymətləndirmək lazımdır”
Əlbəttə ki, Azərbaycan öz haqlı, ədalətli yolu ilə getməkdə davam edəcək və biz bunu  Azərbaycan Prezidentinin (PA) İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənovun “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə çıxışı zamanı irəli sürdüyü fikirlərindən də görməkdəyik. Məsələn, o, xatırladıb ki,  Azərbaycanda 2016-cı il “İslahatlar” ili elan edilib. Bu baxımdan da Azərbaycanda Referendum Aktını ölkədə aparılan islahatların davamı kimi qiymətləndirmək lazımdır. Prezident Administrasiyasının rəsmisi,  həmçinin, vurğulayıb ki, konstitusiya dəyişiklikləri nəticə etibarilə dövlət orqanlarının fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə, fəaliyyətinin stimullaşdırmasına xidmət edir. Bu amil isə bütün demokratik ölkələrdə mövcuddur.
“Təkcə jurnalist vəsiqəsi kifayət edir ki, səsverməni izləsinlər”
Digər tərəfdən, bu kimi əhəmiyyətli hadisələrdə mətbuat nümayəndələrinin, ümumilikdə, medianın yeri və rolu daha çox öz vacibliyini təsdiq edir. Belə ki, Azərbaycanda müstəqil media mövcuddur və referendumun gedişinin işıqlandırılması istiqamətində jurnalistlər öz töhfələrini vermiş olacaqlar. SİTAT: “Demokratik ölkələrdə insanları səsvermə prosesinə hazırlamaq ciddi məsələdir. Bu məsələdə dövlət orqanlarının və medianın rolu böyükdür. Referendumda təşviqat prosesi medianın rolu “KİV haqqında” qanunda və Mərkəzi Seçki Komissiyasının təlimatlarından əksini tapıb. Təkcə jurnalist vəsiqəsi kifayət edir ki, səsverməni izləsinlər. Medianın da işi ondan ibarətdir ki, tərəflərə bərabər şərait yaratsın. Media tam müstəqil olmalıdır”.
Əbəs yerə deyil ki, media, həmçinin, dördüncü hakimiyyət hesab olunur. Bu, bütövlükdə, mətbuatın əhəmiyyətinin göstəricisidir. Çıxışının mahiyyətini, məhz bu  istiqamətdə nəzərə çatdıran Əli Həsənov, xüsusilə, vurğulayıb ki, hakimiyyət-media münasibətləri həm də tərəfdaşlıq baxımından qiymətləndirilməkdədir.
“Biz mediaya tərəfdaş kimi, milli maraqlarımızın müdafiəçisi kimi yanaşırıq”-deyə vurğulayan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi təəssüfedici məsələlərə də toxunub: “Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi media orqanlarında referendumla bağlı həqiqətəuyğun olmayan materiallar yerləşdirilir”.
Göründüyü kimi, bu gün özlərini “müxalifət mətbuatı” kimi qələmə verən, lakin Azərbaycanın dövlətçilik maraqlarına deyil, məlum dairələrə xidmət göstərən mətbuat təmsilçiləri də mövcuddur ki, onların öz ağaları qarşısında ölkəmiz barədə ağ yalanlar uydurmaları hallarına rast gəlinir.
“Cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir”
Əli Həsənov daha bir əlamətdar hadisəni xatırladaraq deyib ki, oktyabr ayında Azərbaycanda ölkəmizin müstəqilliyinin 25-ci ildönümü qeyd olunacaq: “Bu müddətdə Azərbaycan xeyli inkişaf edib. Ölkə konstitusiyasında indiyədək iki dəfə dəyişiklik olub. Bu, 2002 və 2003-cü illərdə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 3-cü dəyişikliyin edilməsi ilə bağlı Referendum Aktı layihəsi təqdim olundu. ABŞ-da və qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək, konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir”.
Beləliklə, Azərbaycan növbəti inkişaf tramplini qarşısındadır və Referendum Aktının gerçəkləşməsi nəticəsində, ölkəmiz dünyanın lider ölkələri sırasında öz yerini daha da möhkəmləndirmiş olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button