2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Referendumda “exit-poll” keçirəcək təşkilatlar qeydə alındı

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar qeydə alınıblar.
24saat.org  saytının məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 7-də keçirilən iclasında baş verib.

İclasda bildirilib ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və ELS Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirmək üçün MSK tərəfindən qeydə alınıb.

“Exit-poll” keçirmək üçün müraciət edən Rəy Monitorinq Mərkəzinin qeydə alınması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button