2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Regionda status-kvonu uzun müddət saxlamaq mümkün deyil”

Aprelin əvvəlində Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra, ATƏT üçün aydın oldu ki, regionda status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Uzandıqca vəziyyətin yenidən gərginləşməsi təhlükəsi artır.

Bunu iyunun 29-da Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ştaynmayer qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilən görüşü Qarabağ münaqişəsi zonasındakı vəziyyətin sakitləşməsi ilə nəticələnib.

“Güman edirəm ki, biz düzgün yoldayıq, bizim vəzifəmiz hazırda yaranan vəziyyəti saxlamaq və irəliyə getməkdən ibarətdir. Bunun üçün ATƏT-in Minsk qrupunun səyləri və tərəflərin güzəştə getməyə hazır olmaları lazımdır”, — deyə o əlavə edib.

Nazirin sözlərinə görə, ATƏT Qarabağ münaqişəsinin uzunmüddətli həlli yolunu tapmaq üçün səy göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button