2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Regionların kreditləşməsi 20 faiz azalıb

Azərbaycanda regionların kreditləşməsi illik 19,8% azalaraq cari ilin iyulun 1-nə 2 194 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 15,8%-i regionların payına düşüb.

Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb

Saytların yığılması Saytlarin yigilmasi

Regionlara kredit qoyuluşunun həcmində azalma olsa da, regionların kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 0,95 faiz bəndi artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (542 mln. manat) qeydə alınıb.

Ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 11 688 mln. manat və ya 84,2%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3% təşkil etdiyi halda, Bakı şəhərində 9,9% olub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button