2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Regionların yerli büdcələrini öz resursları hesabına formalaşdırması qeyri-realdır''

İqtisadçı: ”İcra hakimiyyətləri müstəqil idarəetməyə, təşəbbüskarlığa öyrəşməyib”

Saytların yığılması Saytlarin yigilmasi

“2017-ci ildə dövlət xəzinəsindən yerli xərclərin ödənilməsi üçün dotasiyalar 743,5 mln. və ya 42,7 faiz – 997,7 mln. manata qədər azalacaq.

Məlumatı  Maliyyə Nazirliyi yayıb. 

Müdafiə sənayesi istisna olmaqla, elm, səhiyyə sistemi, təhsil, ekologiyanın müdafiəsi xərcləri də azalıb.

Həmçinin dövlət artıq respublikanın 27 şəhər və rayonuna büdcədən vəsait ayırmır. Bunlar Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, habelə Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxıdır. 

Bu rayonlar dotasiyasız necə yaşayır? 

İqtisadçı Qubad İbadoğlu “Turan”a bildirib ki, Maliyyə Nazirliyinin 30-a yaxın regionun özünümaliyyələşdirmə sisteminə keçirilməsi planı uğursuz olub: 

“Bunu əvvəlcədən təxmin etmək olardı, xüsusən, iqtisadi qeyri-sabitlik dövründə. Təəssüf ki, bu regionlarda əlverişli investisiya mühiti yoxdur. Buna görə çox az insan orada biznes qurmaqda maraqlıdır. İndiyədək ayrılmış vəsaitlərin səmərəsiz layihələrə yatırıldığını da nəzərə alsaq, gəlir gözləməyə dəyməz. İqtisadi və digər resursların formalaşdırılması proqnozları əsassızdır. Ölkənin əksər rayonlarında vergi imtiyazları var. Torpaq vergisi istisna olmaqla, bütün digər vergi növləri ləğv olunub. Bu şəraitdə regionların öz resursları hesabına yerli büdcələrini formalaşdırması qeyri-realdır. 2004-cü ildən regionların inkişafına 40 mlrd. manata yaxın vəsait yatırılıb, gözlənilən nəticə əldə olunmayıb”. 

İqtisadçı Pərviz Heydərov da bildirib ki, dövlətin iqtisadi siyasəti səmərəsizdir. Yerli potensialdan istifadə ilə regionların bərabər inkişafı təmin edilmir:

“Yerli istehsalatlar imkanlarının yarısı qədər işləyir. Bəzi obyektlər açıldıqdan sonra ümumiyyətlə fəaliyyətsiz qalır. Bundan başqa, rayon icra hakimiyyətləri müstəqil idarəetməyə, təşəbbüskarlığa öyrəşməyib, onlar üçün büdcədən pulsuz dotasiyalar almaq daha rahatdır. Problem ondadır ki, Azərbaycanın bütün sənaye gücü paytaxtda cəmləşib. Büdcə gəlirlərinin 80-90 faizi Bakının hesabına təmin olunur. Ötən il yerli gəlirlər təxminən 7 mlrd. manat olub. Bunun 99 faizi Bakıda yığılıb. Regionlar üzrə gəlirlər isə 1 mlrd. manat belə təşkil etməyib”. 

Pərviz Heydərov
Pərviz Heydərov.

İqtisadçı deyir ki, vəziyyətdən çıxış yolu müxtəlif profilli regional sənayelərin – aqrar, tekstil, kimya və s. sənayelərinin yaradılmasıdır:

“Ölkənin əmək qabiliyyətli əhalisinin 40 faizə yaxını rayonlarda yaşayır. Bu resurslardan savadlı şəkildə istifadə etməklə yerli büdcənin gəlirini təmin etmək olar”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button