2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Reina” terrorçusu polisləri belə aldatdı – YENİ DETALLAR

Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubuna silahlı hücum edən terrorçu ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçu paltarını dəyişdikdən sonra ilk qrupla çölə çıxıb.

Onun hücumdan sonra hadisə yerinə gələn xüsusi əməliyyat polislərini yanıltmaq üçün “mətbəxdə girovlar var” deyərək qaçdığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, terror aktında şəhid olan polis Burak Yıldızdan başqa 3 polis həmin gün gecə klubunda vəzifəli olub. Hücum zamanı həmin polislərin yaxınlıqda yerləşən avtoparkda çay içdikləri deyilir.

Terrorçunun içəridə olduğunu düşünən polislər “təslim ol” tələbi ilə əyləncə məkanına giriblər. Qarışıqlıqdan faydalanan terrorçu iki ayrı taksi dəyişdirərək hadisə yerindən qaçmağı bacarıb və gəldiyi Zeytinburnuna geri dönüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button