2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rejim azərbaycanlı fəalları xaricdə də təqib edir

Keçmiş SSRİ məkanındakı təhlükəsizlik xidmətləri rejimopponentlərini təkcə ölkə daxilində yox, xaricdə də mütəmadi olaraq təqib edirlər.

Bunu Britaniyada qərarlaşan Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzi öz yeni hesabatında yazır.

Hesabatın adı da belədir – “Gizlənməyə yer yoxdur: Keçmiş SSRİ-dən olan kəşfiyyat xidmətlərinin ictimai fəalları xaricdə sıxışdırması”.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabata görə, bu sahədə ən çox Özbəkistan, Tacikistan, Rusiya, Azərbaycan və Qazaxıstan rejimləri fərqlənir. Bu ölkələrin xüsusi xidmətləri ölkə sərhədləri xaricində də dissident səsləri boğmaqla məşğuldurlar. Onların hədəfi ölkədən çıxıb gedən və ya xaricdə olan fəallardır. Bunlar – jurnalistlər, alimlər, vətəndaş cəmiyyəti fəalları, müxalifət hərəkatlarının və partiyalarının üzvləri, qadağan olunan dini qrupların üzvləri və ekstremist elan olunan dini xadimlərdir.

Hesabatda deyilir ki, bu adamlar nəinki fiziki izlənməyə və sıxışdırmalara məruz qalırlar, onları öz ölkələrinə geri qaytarmağa cəhd olunur, hücumlara məruz qalırlar,oğurlanma və hətta sui-qəsdcəhdləri ilə üzləşirlər.

Keçmiş SSRİ respublikalarının təhlükəsizlik xidmətləri öz siyasi opponentlərini susdurmaq üçün terrorizm ittihamlarından və Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatı kimi qurumlar daxilində ölkələrarası sazişlərdən istifadə edirlər. Hesabata görə, Rusiya öz qonşularının tələb etdiyi şəxsləri həm qanuni sanksiya yolu ilə, həm də qanunsuz olaraq oğurlama kimi yollarla qaytarır.

Hesabatda deyilir ki, təhlükəsizlik xidmətləri Rusiyada, Türkiyədə və Avropa ölkələrində diasporalar nəzdində fəaliyyət göstərir.

Hesabatda məsləhət görülür ki, Avropanın Təhlükəsizlik xidmətləri xarici kəşfiyyatların bu fəaliyyətinə diqqət yetirsinlər. Tövsiyyə olunur ki, Avropa xüsusi xidmətləri fəalların e-maillərini, telefonlarını və sosila media hesablarını kənardan haker hücumlarından qorumağa kömək etsinlər.

Qərb məhkəmələrtinə və immiqrasiya xidmətlərinə məsləhət görülür ki, keçmiş SSRİ respublikarından olanların ekstradiksiyasına müqavimət göstərsinlər, çünki onları öz vətənlərində işgəncə, ədalətsiz məhkəmə , həbsxanagözləyir.Həmçinin tövsiyyə olunur ki, İnterpolun Qırmızı Xəbərdarlıq sistemi rejim opponentlərinin təqib olunmasında vasitə kimi istifadə olunmasını dayandırsın.

AZƏRBAYCAN

Hesabatda Azərbaycan barədə deyilir ki, rəsmi Bakının 2015-ci il aprelin 30-da verdiyi qərara görə, xaricdə yaşayan azərbaycnlıların səfirlikdə qeydiyyata düşməyi məcburidir. Ölkədən çıxıb getmişsiyasi mühacirlərin fikrincə, bu, xaricdəki mühacirləri izləməkdə vəcəzalandırmaqda növbəti cəhddir.

Foreign Policy Center-in hələ 2014-cü il hesabatına görə, xaricdə yaşayan siyasi fəallara ən güclü təzyiqlərdən biri onların vətəndə qalan ailə üzvlərini sıxışdırmaqdır. Başqa güclü vasitə İnterpol yolu ilə və ya ekstradiksiya yolu ilə fəalın qaytarılmasıdır.

DAŞQIN AĞALARLI

Hesabatda deyilir ki, hazırda Gürcüstanda yaşayan azərbaycanlı fəal Daşqın Ağalarlı bütün bunları öz təcrübəsindən yaxı bilir. Hərb və Sülh İnstitutuna müsahibəsində o deyir ki, ölkəni tərk etmək hələ təqiblərdən qurtarmaq demək deyil.

Ağalarlı 2014-cü ildə Bakının rəsmi müraciəti ilə həbs olundu.O, Azərbaycanda vergi borcunda ittiham olunur və Azərbaycan hökuməti bu informasiyanı İnterpola vermişdi. Ağalarlı beynəlxalq insan haqları müdafiəçilərinin və BMT nümayəndələrinin izlədiyi məhkəmədə azadlığa buraxıldı.

GÜLNUR KAZIMOVA

Azərbaycnlı jurnalist Gülnur Kazımova etiraz edən kənd sakinlərinin Gəncəyə gedən yolu kəsməsindən reportaj verəndən sonra Daxili İşlər Nazirliyi ona qarşı həqiqəti təhrif etmə, yalan məlumat yayma ittihamı ilə cinayət işi açdı. Azyaşlı oğlu və həyat yoldaşı ilə Gürcüsatana gedən Gülnur Kazimova Daşğın Ağalarlının başına gələnlərdın sonra həyəcan içindədir. O, Amnesty İnternational deyib :“biz izləndiyimizi hiss edirik. Təhlükəsizliyimizə görə, 17 ayda 11 dəfə köçmüşük”.

2016-cı ilin noyabrında Gülnur Kazımova deyib ki, “getdiyi yerlərə eyni maşının gəldiyini görüb, uşağının bağçasını 3 dəfə dəyişib.” O həmçinin bildirir ki, qardaşını Azərbaycanda ona görə işdən çıxarıblar. Qardaşı şadlıq evində kameraman işləyirdi. Gülnur Kazımova deyir ki, “Mənim bir reportajımdan sonra onu işdən çıxartdılar”.

Gəncədə yerli polis onun ailəsinin evinə gəlir və sorğu -suala tutur. Polis tələb edir ki, valideynləri onun Azərbaycan qayıtmasında təkid etsinlər.

GÜNEL MÖVLUD

Ailə üzvləri təqibə məruz qalan siyasi mühacirlərdən biri Günel Mövluddur. Azərbaycanl yazıçı və blogger Günel Mövlud Meydan TV və Azadlıq Radiosu ilə əməkdaşlıq etdiyi dövrdə onun iki qardaşı həbs olundu, anası 2015-ci ildə ondan imtina etdi.

Gunel Mövlud

Gunel Mövlud

Günel Mövlud Facebookda yazırdı ki, “uşaq da başa düşür ki, bu həbslər Meydan TV-ni hədəfə alıb. Onlar Meydan TV-də işləyən heç kimi istəmirlər. Onlar təzyiq üçün qohumlardan istifadə edirlər. Mənim iki qardaşımın həbsi mənim valideynlərimi ölümlə mübarizədə tək qoyub.” Hesabatda deyilir ki, bu yaxınlarda Günel Mövludun atası vəfat edib. Günel Mövlud hətta onun dəfninə belə gələ bilmədi.

HƏBİB MÜNTƏZİR

2013-cü ildə Berlində yaşayan azərbaycanlı blogger Həbib Müntəzir ölümlə hədələndiyi barədə alman polisinə məlumat verib. Onun iddiasına görə,ona müxtəlif mənbələrdən daxil olan məlumatlara görə, Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi təyin olunan Tural Qurbanov adlı şəxs ona sui-qəsd planlaşdırır.

Həbib Müntəzir

Həbib Müntəzir

2013-cü ilin aprelində Müntəzir digər keçmiş siyasi mühacir Emin Milli ilə Meydan TV-ni uğurla işə salandan bir neçə ay sonra öyrəndilər ki, 27 yaşlı Tural Qurbanov Maldiv adlarında 5 ulduzlu hoteldə ölü tapılıb.

İyulun 31-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti öz əməkdaşının ölümünü təsdiqlədi və bildirdi ki, o, ürək tutmasından ölüb. Emin Milli həmin vaxt Deutsche Welle-yə müsahibəsində deyirdi ki, Qurbanov xüsusi xidmətlərin işçisi idi və Almaniyada məxfi fəaliyyət göstərirdi.

EMİN MİLLİ VƏ MEYDAN TV

Almaniyada yaşayan Emin Millinin özünün 2015-ci ildə qaynını narkotik ittihamı ilə həbs etdilər. Onun həbsindən bir həftə sonra Emin Millinin 23 qohumu ölkə prezidenti İlham Əliyevə məktub yazıb, Emin Milini satqın, Azərbaycanın böyük uğurlarının, inkişafının düşməni elan etdilər.

Emin Milli

Emin Milli

2016-cı ilin aprelində Meydan TV ilə əməkdaşlıq edən 15 jurnalist haqda vergidən yayınmadan tutmuş seçki və referendum nəticələrinin saxlatalaşdırılmasına qədər müxtəlif cinayətlər üzrə istintaq başlandı. Bu jurnalistlərin heç biri tutulmayıb, ancaq ən azı 7-sinə ölkədən çıxmaq qadağan olunub.

MEHMAN HÜSEYNOV

Video və foto jurnalist Mehman Hüseynov 2012-ci ildən, Eurovision mahnı müsabiqəsi vaxtı polis zorakılığını çəkib,yayandan bəri polis təqiblərinə məruz qalır.

Mehman Hüseynov

Mehman Hüseynov

O, İsveçrədə sığınacaq alan və Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun direktoru Emin Hüseynovun qardaşıdır. Mehman Hüseynova 2012-ci ildən cinayət işi açılıb. O, xuliqanlıqda, hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurdu.

Mehman Hüseynovun sözlərinə görə, onun qardaşı Emin ölkəni tərk edəndən sonra müstəntiqlər həmin cinayət işinin niyə indiyədək açıq qaldığının səbəblərini ondan gizlətmirdilər.Hüseynov deyir: “Müstəntiq dedi ki, biz sənin qardaşını həbs edə bilmirik, ancaq biz sizin və ailənizin başına gələnlərə nəzarət edə bilirik. “

Hüseynov deyir ki, onun şəxsiyyət vəsiqəsini və pasportunu ləğv etdilər və o, yenilərini ala bilmir. Buna görə, hətta istəsə də, heç yerə gedə bilməz.

Şəxsiyyət vəsiqəsi olmadan Hüseynov hətta vəkil də tuta bilmir və məhkəmə iddiaları qaldıra bilmir. Şəxsiyyət sənədlərinin olmaması onu formal olaraq işdən və təhsildən də kənar saxlayır.

QƏNİMƏT ZAHİD

Müxalifət qəzeti Azadlığın baş redaktoru və xaricdən yayılan Azərbaycan Saatı televiziya proqramının rəhbəri Qənimət Zahid 2008-ci ildə xuliqanlıq ittihamı ilə 4 il həbs cəzası almışdı, ancaq 2010-cu ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxdı. Hazırda Fransada yaşayan Qənimət Zahidin dediyinə görə, o, Azərbaycan Saatında tənqidi jurnalistikanı davam etdirdikcə, onun Azərbaycanda qalan ailə üzvləri qisas hədəfinə çevrilir.

Qənimət Zahid Azərbaycan Saatında

Qənimət Zahid Azərbaycan Saatında

Onun iki qardaşı oğlu və əmisi oğlu 2015-ci ildə həbs olundular. Onun qardaşı oğlulları polisin əmrinə tabe olmamaqda ittiham olunurdular. Əmisi oğluna qarşı isə narkotik ittihamı irəli sürüldü. Qardaşı oğullarından biri həbsdən çıxan kimi digəri də yenənarkotik ittihamı ilə üzləşdi.

2016-cı ildə Qənimət Zahidin qardaşı oğlu və əmisi oğlu məhkum olundular. Onların hər ikisi narkotik ittihamını rədd edir. Tibbi ekspertiza da onların narkotik istifadəçisi olduğunu göstərmir.

ƏMƏKDAŞLIQ EDƏN JURNALİSTLƏR

Azərbaycan hakimiyyəti Azərbaycan Saatı ilə əməkdaşlıq edən jurnalistləri də hədəfə alır. Verilişin aparıcısı jurnalist Seymur Həzi 2014-cü ilin avqustunda həbs olundu.

Seymur Həzi məhkəmədə

Seymur Həzi məhkəmədə

Proqramın digər aparıcısı Natiq Ədilovun qardaşı da həmin ay narkotik ittihamı ilə həbs olundu.Ədilov deyir ki, onun jurnalistika fəaliyyətinə görə, qardaşından qisas alınır.

Onların həmkarı Xalid Qarayev də 2014-cü ilin oktyabrında xulqanlıq ittihamı ilə həbs olundu və 1 ay həbs cəzası aldı.

TURAL SADİQLİ

Bloqqer və siyasi fəal Tural Sadiqli həbs olunacağından ehtiyat edərək 2013-cü ildə Azərbaycandan getdi. O, müxalifətpərəst Azad Söz vebsaytının və Facebook səhifəsinin müəllifidir.

O bura siyasi dustaqlar və korrupsiya haqda məqalələr və videolar qoyur.

Tural Sadiqli

Tural Sadiqli

2015-ci ilin yanvarındaAzərbaycan prezidenti İlham Əliyevin səfəri vaxtı Sadiqli Almaniya kansleri Angela Metkelin ofisi önündə etirazda iştirak etdi. Sadiqlinin həmin etirazda iştirakından sonra onun Azərbaycandakı ailə üzvlərinətəqiblər başlandı.

2015-ci ilin fevralında Bakıda polis Sadiqlinin qardaşı Elgiz Sadiqlini narkotik ittihamı ilə həbs etdi. Tural Sadiqlinin sözlərinə görə,qardaşı deyir ki, narkotiki onun cibinə və maşınına polis atıb. O,1,5 kilo marixuana saxlamaq ittihamı ilə 2 ay həbsdə qaldı və sonra ev dustaqlığına buraxıldı. 2015-ci ilin noyabrında Elgiz Sadiqli 2 illik şərti cəza aldı və ökədən çıxışı qadağan olundu. 7 aylıq istintaq dövründə iki dəfə dindirilib və onun sözlərinə görə, suallar Turalın Almaniyadakı fəaliyyətinə yönəlmişdi.

2015-ci ilin fevralında Sadiqlinin atasını da polis dindirib.Polis onun atasına deyib ki, onun və Elgizin həbsi Turalın Berlindəki fəaliyyəti ilə bağlıdır.

Sadiqlinin topladığı məlumatlara görə, Berlində həmin etiraz aksiyasında iştirak edənlərdən azı 3-nün qohumları Azərbaycanda sorğu-sual olunub. Sumqayıtda və Bakıda polis onların qohumlarını çağırıb və saatlarla onlardan soruşulub ki,onların qohumları Berlində nə işlə məşğuldurlar, Berlin aksiyasını kim təşkil edib. Polis onlara xəbərdarlıq edib ki, əgər qohumarı Berlində Azərbaycan hökuməti əleyhinə fəaliyyətlərinidavam etdirsələr, onların Azərbaycanda problemləri yaranacaq. Onlardan iki nəfəri işdən çıxarıldı.

RƏSUL MÜRSƏLOV

AXCP və sosial media fəalı Rəsul Mürsəlov 2014-cü ilin avqustunda Gürcüstanda media təlimlərində olub. Orda Ermənistandan da nümayəndələr iştirak edirdi. Azərbaycana qayıdanda onu sorğu-suala tutublar ki, ermənilərlə hansı təmasları olub. Həbsdən ehtiyat edən Mürsəlov Avropada sığınacaq istədi.

Rəsul Mürsəlov

Rəsul Mürsəlov

2015-ci ilin sentyabrında Mürsəlovun valideynləri və 5 qohumu İlham Əliyevə müraciətlərində Mürsəlovdan imtina etdilər. Mürsəlov yazırdı ki, “ polis valideynlərimi dəfələrlə dindirməyə çağırırdı və mənim fəaliyyətim barədə soruşulurdu. Onlara təzyiq olunurdu və hədə-qorxu gəlirdilər ki, işdən çıxarılacaqlar. Onların məndən imtinası polis və digər rəsmilərin hədəsindən yaxa qurtarmağın yeganə yolu idi.”

Foreign Policy Center – Xarici Siyasət Mərkəzi Britaniyada mənzillənmiş müstəqil beyin mərkəzi hesab olunur.

Bunlar Xarici Siyasət Mərkəzinin noyabrın 22-də yayılan hesabatında səslənmiş fikirlərdir. Hələlik buradakı ittihamlarla bağlı rəsmi Bakının hər hansı reaksiyası səslənməyib.

Azadliq Radiosu

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button