2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rejissor Cəfər Pənahi həbsxanada aclıq etirazına başlayıb

İranda həbsxanada olan kinorejissor Cəfər Pənahi İran təhlükəsizlik və ədliyyə aparatının qəddarlığına etiraz olaraq aclığa başladığını elan edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən buradan azad olunanadək yeməkdən, sudan və dərmanlardan imtina edirəm. Mən, belə görünür ki, cansız cəsədim buradan çıxana qədər bunu davam etdirəcəyəm”.

Pənahinin bu bəyanatını onun xanımı Tahirə Səidi və oğlu Pənah Pənahi Instagram hesablarından yayıblar.

62 yaşlı rejissor bu ilin iyul ayında hakimiyyətin ölkəni bürüyən etiraz dalğasını zorakılıqla yatırmağa çalışdığı bir vaxtda həbs edilib.

Kinorejissor başqa həmkarları ilə yanaşı hakimiyyətin etirazçılara qəddar divan tutmasına qarşı səsini ucaltmışdı.

Həbs

Həbsindən bir neçə gün əvvəl Pənahi 300-dək İran kinematoqrafçısının açıq məktubuna imza atmışdı.

Həmin məktubda təhlükəsizlik qüvvələrinə silahı yerə qoymaq çağırışı edilir, hakimiyyətin korrupsiya, oğurluq, səriştəsizlik və repressiyaları kəskin tənqid olunurdu.

O vaxt adamlar Abadan şəhərində yaşayış binasının uçması nəticəsində 41 nəfərin ölümünə görə etiraz edirdilər.

Pənahi ötən ilin 11 iyulunda Tehranın Evin həbsxanasına rejissopr Məhəmməd Rasulofun vəziyyəti ilə maraqlanmağa gəlmişdi.

Onu buradaca həbs edərək, çəkilməyən cəza müddətinin qaldığını bildiriblər.

Az sonra sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada vəfat etməsindən sonra daha böyük etiraz dalğası İran şəhərlərini bürümüşdü.

Əmininin ölümündən sonra bir neçə İran kinorejissoru və ictimai xadimi polisə çağırılıb və onların bəziləri, o cümlədən məşhur aktrisa Təranə Əlidostu həbs edilib.

İranda sentyabrın ortalarından başlanan etiraz aksiyalarından 500 nəfərdən çox ölən olub.

Cəfər Pənahinin həyatı və filmləri

Cəfər Pənahi 1960-cı ildə Şərqi Azərbaycan ostanının Miyanə şəhərində azərbaycanlı fəhlə ailəsində doğulub.

O kino sənətinə kiçik yaşlarından maraq göstərib.

Pənahi 20 yaşında İran ordusunda hərbi xidmətə çağırılıb. Bu 1980-1982-ci illərdə baş vermiş İran-İraq müharibəsi zamanı idi.

Pənahi hərbi xidmətini başa vurduqdan sonra Tehrandakı Kino və Televiziya Kollecinə daxil olub.

O İran dövlət televiziyasının 2-ci kanalı üçün qısametrajlı filmlər çəkirdi.

24 saat” “
Rejissor Cəfər Pənahi həbsxanada aclıq etirazına başlayıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button