2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Rejissor Rövşən Almuradlı vəfat edib

65 yaşlı rejissor ürək ağrılarından əziyyət çəkib

Rejissor Rövşən Almuradlı aprelin 2-də vəfat edib.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Rövşən Almuradlı səhər saatlarında Sumqayıt şəhərinin Sahil küçəsində dayanacaqda avtobus gözləyərkən vəziyyəti qəflətən pisləşib.

Təcili tibbi yardım gəlsə də, onun durumunu sabitləşdirmək mümkün olmayıb. Rejissor yolda ölüb. Oğlu Kamal Almuradlı atasının bir neçə il əvvəl ürək əməliyyatı keçirdiyini xatırladaraq, atasının ürək ağrılarından əziyyət çəkdiyini deyib.

Saytların yığılması Saytlarin yigilmasi

R.Almuradlı 1954-cü il aprelin 19-da anadan olub.

R.Almuradlı 1976-1980-cı illərdə Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışıb.

1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Vəzifə” tamaşasının, 1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin “Dərviş və ölüm”, 1987-ci ildə Sumqayıt Dövlət Teatrında Nazim Hikmətin “Bayramın birinci günü”, 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının “Dəyirman” əsərlərinin quruluşçu rejissoru olub.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olub.

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olub.

2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinin rejissoru olub.

2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.

Ötən il Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından bəhs edilən “Əsgərlər unudulanda ölürlər” tammetrajlı sənədli filminin rejissoru olub.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button