2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Rektora qarşı ilginc ittihamlar… – İddia

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov həmkarları ilə müqayisədə mətbu gündəmi zəbt edənlərdəndir

Rektor vəzifəsinin icrasına başladığı uzun müddət olmasa da (05.03.2014) onun fəaliyyəti haqqında kifayət qədər ziddiyyətli məlumatlar yazılmaqdadır. Bu yazılarda cənab Muradovun formalaşdırmağa cəhd etdiyi yarıtmaz idarəçilikdən, tədris prosesindəki qüsurlardan, rüşvətin tüğyan etməsindən və s. bəhs olunur. Maraqlıdır ki, nə universitet tərəfindən, nə də şəxsən Ədalət müəllim tərəfindən bu kimi faktlara cavab verilmir. Bu faktor isə həm də yazılanların doğruluğunu stimullaşdıran amil sayıla bilər…

Məramı bəlli olmayan xarici turlar

Saytların yığılması Saytlarin yigilmasi

Ötən həftə ABŞ-ın, əsasən, elmi məlumatlar dərc edən «USNews&Worldreport» qəzeti dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqladı. Siyahıda 1000 universitet sırasında qonşu ölkələrin-Türkiyə, Rusiya, İran və hətta Gürcüstanın da bir universitetinin adı var… Azərbaycandan isə heç bir ali təhsil ocağı bu sırada yer almayıb. Nə qədər təəssüf doğurucu olsa da, təəccüblü deyil.

Bu faktı təsadüfən yada salmadım. ADİU-nin rektoru Ədalət Muradovun fəaliyyətində diqqət çəkən faktlardan biri də onun və universitet rəhbərliyində təmsil olunanların xaricə silsilə səfərləridir. Hörmətli rektorun bu iki ildə Cənubi Koreyadan tutmuş Amerika Birləşmiş Ştatlarına (ABŞ) qədər səfər etmədiyi ölkə demək olar ki, qalmayıb. Komanda üzvləri də eləcə. Ədalət müəllim son iki ildə ABŞ-a iki dəfə səfərdə olub. Şübhəsiz ki, bu səfərlər universitetin büdcəsindən maliyyələşir. Həm də az olmayan məbləğdə. Olsun, belə qəbul edək ki, bu səfərlər universitetin maraqlarına hesablanıb. Amma,.. xeberinfo.com-a bu səfərlərin bəzi gizlinləri haqqında kifayət qədər ciddi sayıla biləcək məlumatlar daxil olub…

Bu haqda qarşıdakı günlərdə yazacağıq. Hələlik isə yerində verilən bir-iki sual: qısa müddətdə bunca xarici səfərlərin nəticəsi nə? Hansı uğura imza atılıb? Və s.

Beynəlxalq Tempus layihəsi çərçivəsində ADİU-nun koordinator qismində qalib gəldiyi cavab ola bilər. Olsun, amma unutmayaq ki, bu layihəyə 2013-cü ildən start verilib. Başqa sözlə, bu uğur universitetin indiki deyil, əvvəlki rəhbərliyinin adına yazılmalıdır…

620 min manatlıq rüşvət müəmması

Xatırlayırsınızsa, bu ilin iyulunda ADİU-də 620 min manatlıq rüşvətlə bağlı məlumat yayıldı: “universitetin 9 nəfər müəlliminin tələbələrdən ümumilikdə 620 min manat rüşvət alması faktının üstü açılıb. Bunu bilən ADİU-nun rektoru Ədalət Muradov dərhal həmin müəllimləri işdən qovub.

İşdən çıxarılanlar arasında Universitetin ümumi işlər üzrə sabiq prorektoru Elçin Əliyev, Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar” üzrə direktor müavini Nizami Musayev, Azərbaycan Dövlət İqtisad Universitetinin indiki prorektoru Şaiq Əsgərovun yaxınları da var.

İşdən çıxarılan bu şəxslərin kəsiri olan tələbələrdən 620 min manat rüşvət alması iddia olunur.

Hazırda sözügedən məsələ ilə əlaqədar rektorun tapşırığı ilə müvafiq araşdırma aparıldığı deyilir və yaxın vaxtlarda digər müəllimlərin də rüşvətə görə işdən çıxarılacağı gözlənilir”.

Bu hadisədən 4 aya yaxın vaxt keçir. O vaxt deyildiyi kimi, əgər araşdırma aparılıbsa, nəticə nədir və nə üçün mətbuata açıqlanmır? Yox, əgər araşdırma aparılmayıbsa, nə üçün? Niyə hörmətli rektor Azərbaycan oxucusuna verdiyi sözü tutmayıb?

Bu haqda da xeberinfo.com-a maraqlı məlumatlar daxil olub. Məlumata görə bu hadisənin Ədalət Muradovun Cənubi Koreyada səfərdə olarkən baş verməsi heç də təsadüf olmayıb(?) Hadisə iştirakçıları sadəcə “mühüm tapşırığ”ı icra ediblər… Prosesin uğursuz nəticələnməsinin səbəbi isə tələbələrdən birinin yüksək rütbəli zabit atasının yuxarı dairələrə şikayəti olub…. və 9 müəllim “qurbanlıq” olub. (Hadisənin detalları ilə bağlı qarşıdakı günlərdə yazacağıq.)

Bu olayda adı hallanan Elçin Əliyev o zaman “Mülkü müdafiə” kafedrasına rəhbərlik edirmiş. Özü də rektora yaxınlığı ilə seçilib. Hətta bu gün də onların isti münasibətlərinin olduğu deyilir… Rektorun hər ay Elçin Əliyevə “salamlar” göndərməsi də verilən məlumatlar sırasındadır.

Reklam, Reklam, yenə də Reklam

Ədalət Muradovun fəaliyyəti ilə bağlı xüsusi ilə diqqəti çəkən faktlardan biri də reklam işi ilə bağlıdır. Söhbət ADİU-də tədrisdəki hansısa uğurun yerli və xarici dairələrdə reklamından getmir. Olmayan hansısa əməlin, ən yaxşı halda isə reallaşdırılması nəzərdə tutulan hansısa layihənin gurultulu reklamı Ədalət müəllimin idarəçiliyində əsas meyardır. Həm də elə ustalıqla ki, adam bu dərəcədə peşəkar reklamçılığa qibtə etməli olur.

Əsası ümumilli lider tərəfindən qoyulmuş bu təhsil ocağının adının dyişdirilib UNEC adlandırılmasına cəhd etmək, jurnalistlərin iştirakı ilə imtahan keçirmək, “Tək pencərə” təcrübəsi və s. Bütün bunlar reklam işinin kiçik bir qismidir.

Təəssüf ki, bəzi tanınmış təhsil ekspertləri, media orqanları da bu reklam işində aparıcı vasitələrə çevriliblər. Hörmətli təhsil ekspertləri bu universitetdə olmayan uğurlardan həvəslə danışırlar. Hətta o dərəcədə ki, ADİU-ni tanımayanlar Azərbaycanda ikinci Harvard Universitetinin varlığını xəyal edərlər. Mənbəmiz bu təhsil ekspertlərinin fəallığının da təsadüf olmadığını bildirir…

Hələlik bu qədər.

Qarşıdakı günlərdə aşağıdakı suallara aydınlıq gətirməyə çalışacağıq:

Professor elmi dərəcə müdafiəsində çıxışı zamanı hansı siyasi səhvi buraxıb?

ADİU-də tətbiq olunan differensial əmək haqqı nə dərəcədə qanunauyğundur?

Bu əmək haqqı hansı prinsiplərlə və kimlərə tətbiq olunur?

Məşhur FETÖ şəbəkəsinə bağlılığda kimlərin adı hallanır?

Rektor kadr seçimində hansı prinsiplərə üstünlük verir?

ADİU-nin baş kassiri Nəsimi İsmayılova tanınan xüsusi imtiyazın gizlinləri… Və s.

“Demokratik Musavat.com”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button