2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Relslərin üzərində fotosessiya etdirən hamilə xanımı qatar vurdu – FOTO

ABŞ-da dəmir yolunda fotosessiya zamanı hamilə model yük qatarının altında qalaraq ölüb.

Faciəli hadisə martın 10-da Texas ştatının Navasota şəhərində baş verib. 19 yaşlı model Fredzaniya Tompson relslərdə fotoqrafa poza verərkən yaxınlaşan qatarı buraxmaq üçün bir yoldan başqa yola keçib. Amma o, bu zaman əks tərəfdən yaxınlaşan qatarı görməyərək onun altında qalıb.

Model aldığı travmalardan elə hadisə yerində keçinib. Amma fotoqraf hadisə nəticəsində zərər çəkməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Qızı vuran qatar 101 yük vaqonundan ibarət olub. Dəmir yolu şirkətinin nümayəndəsi danışır ki, maşinistlər qızı görüblər, fitlə xəbərdarlıq etməyə çalışıblar, amma qatar 80 kilometr/saat sürətlə getdiyindən onu saxlamaq mümkün olmayıb.

Qohumların sözlərinə görə, Fredzaniya, yerli kolleclərdən birinin tələbəsi idi. O, model karyerasıyla məşğul olmaq üçün təhsilini dayandırmağı planlaşdırırdı. İki aylıq hamilə olan Fredzaniya yaxın vaxtlarda sevgilisi ilə ailə qurmaq niyyətində idi.

——–

11:45

Amerikanın Texas ştatında qatar relsinə çıxıb şəkil çəkdirən 19 yaşlı qadın faciəvi şəkildə ölüb.

Milli.Az “Mirror”a istinadla bildirir ki, nişanlı Fredzania Tompson qatar relsində fotosessiya edərkən onu qatar vurub. O, həyatını itirib.

Ailəsinin dediyinə görə, qız hamilə imiş.

Onun ölməzdən öncə çəkdirdiyi şəkil sosial şəbəkələrdə yayılıb.

 

Məqaləyə dair fotomateriallar:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button