Now Reading:
“Resepşn”da OĞRU əyləşən İŞGƏNCƏ tipli LİSENZİYASIZ bağça – VİDEO

Bakıda “Kids Studio Uşaq Mərkəzi” adlı özəl uşaq bağçasında müəllimənin uşağı döyərək onunla kobud rəftar etməsi barədə video mediada və sosial şəbəkələrdə yayıldıqdan sonra bağça ilə bağlı daha bir neçə acınacaqlı hal ortaya çıxıb.

24saat.org xəbər verir ki, azxeber.com-un videonu yaymasından sonra Real TV İŞGƏNCƏLƏRƏ məruz qalan uşaqların “tərbiyə aldığı” həmin bağça ilə əlaqə saxlayıb. Bağçanın müdirəsi Nigar Museyibova Firuzə Tağıyeva adlı müəllimənin həqiqətən uşağı döydüyünü təsdiq edib. Birinci dəfədir ki, bu halla qarşılaşdıqlarını iddia edən Nigar Museyibova bildirdi ki, bağçanın hər yerində kamera var. Vodeogörütülərin yayaılması səbəbinə gəlncə N.Müseyibova deyir:, “Sadəcə olaraq bizim resepşnda olan qızımız OĞURLUQ ETDİYİNƏ görə işdən çıxarılıb. O, acıq çıxmaq üçün belə videonu paylaşıb. Onda təhlükəsizlik kameralarına daxil olmaq üçün parol var idi. Bütün günlərin videogörüntüsünə baxaraq sadəcə bunu çıxara bilib. Bağçada bundan başqa belə bir fakt olmayıb. Çox olsaydı onları da çıxarardı”, – deyə bağça müdirəsi bildirdi. Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən isə bildirirlər ki, adları çəkilən qurumlar tərəfindən “Kids Studio Uşaq Mərkəzi”nə LİSENZİYA verilməyib.

24saat.org“dan ZƏRURİ QEYD: Azərbaycanda, xüsusilə Bakıda kiçik bir daşı digər daşın üstünə qoyan kimi, kiçik bir obyekt açan kimi, dərhal bütün aiddiyatlı və aidiyyatsız oraqanlar – polis, icra hakimiyyəti, bələdiyyə, FHN-in bir neçə stukturu (yanğından mühafizə, tikintiyə nəzarət və s.) sanitar epidemioloji stansiya, həmçinin obyektin təyinatına uyğun strukturlar (məsələn, təhsil) tökülüşüb müvafiq sənədlər tələb edir. Bəs necə olur ki, bu qədər ailənin öz uşaqlarının taleyini tapşırdığı bir obyekt – uşaq bağçası bütün bu qurmların nəzarətindən kənarda qalıb, lisenziyasız fəaliyyət göstərə bilib? Əslində, sualın cavabı hamıya aydındır: Bu, mümkün deyil, həmin bağça lisenzyasız fəaliyyət gösəribsə, bundan bütün qurumların xəbəri olub və hamı müəyyən “haqq” qarşılığında susub. Nəticəsi isə göz qabağındadır: 2-3 yaşlı uşaqlar tərbiyəsiz bir qadının əlində rezin oyuncağa dönüb!

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.