2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

'Resident Evil 4 Remake', 'Spider-Man' oyunlarının PC versiyaları və digər oyunlar anons olunub (VİDEO)

    Sony şirkəti gecə saatlarında Playstation State of Play video tədbirini keçirdib. Baş tutmuş video tədbirdə maraqlı anonslar baş verdi. Belə ki, video tədbir çərçivəsində “Resident Evil 4” oyununun remake versiyası, “Street Fighter VI” oyunu, “Marvel’s Spider-Man” və “Spider-Man Miles Morales” oyunlarının PC versiyaları anons edilib. Bundan əlav’ olaraq “Dead Space” oyununun yaradıcısının yeni oyunu olan “The Callisto Protocol” oyununun ilk gameplay videosu sərgiləndi. İlk öncə “Resident Evil 4 Remake”dən başlayaq. Capcom şirkətinin “Resident Evil 4 Remake” üzərində çalışması barəsində məlumatlar daha öncə də ortaya çıxmışdı. İndi isə şirkət rəsmi şəkildə oyunu aons edib. Oyun Playstation 5, Xbox Series X, Series S konsolları və PC üçün hazırlanır və gələn ilin 24 mart tarixində satışa çıxacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Yeni oyun 2005-ci ildə satışa çıxmış orijinal “Resident Evil 4″ün yeni versiyası olacaq. Yəni oyunda qrafik yenilənmədən əlavə olaraq bəzi süjet dəyişiklikləri də olacaq. Oyun RE Engine oyun mühərriki əsasında hazırlandığı üçün şirkət oyunçulara yeni vizual effektlər və tamamilə yeni oyun təcrübəsi söz veriblər. Məlumata əsasən “Resident Evil 4 Remake” üzərində çalışan şəxslər 2019-cu ildə satışa çıxmış “Resident Evil 2 Remake” oyunu üzərində çalışıblar. Buna görə də yeni oyunun yüksək keyfiyyətdə olacağına əmin olmaq olar. Qeyd etmək lazımdır ki, “Resident Evil 4 Remake”in ayrıca VR versiyası da hazırlanır və o, Playstation VR 2 üçün satışa çıxacaq.

    Sony Playstation üçün olan 2 eksklüziv oyununu PC-yə gətirəcək. Söhbət, “Marvel’s Spider-Man” və “Spider-Man Miles Morales” oyunlarından gedir. Qeyd etmək lazımdır ki, hər iki oyun Insomniac Games studiyası tərəfindən hazırlanıb. PC üçün “Marvel’s Spider-Man” 12 avqust tarixində, “Spider-Man Miles Morales” isə payız fəslində satışa çıxacaq. Qeyd etmək lazımdır ki, satışa çıxacaq versiya vaxtı ikən oyunun Playstation 5 üçün satışa çıxmış remaster versiyası olacaq. Oyunun remaster versiyası daha müasir qrafikə və animasiyalara sahibdir.

    Capcom isə öz növbəsində “Resident Evil 4 Remake” ilə yanaşı həmçinin “Street Fighter VI”nı anons etdi. Fighting janrında olan bu oyunun V hissəsi vaxtı ikən eksklüziv olaraq Playstation 4 üçün satışa çıxmışdı. Lakin bu dəfə yeni oyun Playstation 5, Xbox Series X, Series S konsolları və PC üçün hazırlanır. Oyunun təqdim edilmiş traileri təsdiqləyib ki, Street Fighter VI Capcom-un RE Engine oyun mühərriki əsasında hazırlanır. Yeni oyunun əsas fərqləndirici özəlliklərində biri də World Tour adlı süjet rejimi olacaq. Bu rejimdə oyunçular open world tərz dünyada hərəkət edə və döyüşlər keçirdə biləcəklər. Capcom həmçinin bildirib ki, oyunda Battle Hub adlı rejim olacaq. Sözügedən rejim təkcə online döyüşlərin keçirilməsi üçün deyil, həm də oyunçular arasında yeni unikal qarşılıqlı əlaqələr üçün nəzərdə tutulacaq.

    Street Fighter VI-da həmçinin arcade, training, online lokal döyüşlər kimi rejimlər də mövcud olacaq. Sözügedən rejimlər oyunun daxilindəki Fighting Ground adlı bölmədə cəmləşəcəklər. Oyunda reallaşdırılacaq yeni döyüş sistemi həm professional oyunçular həm də yeni oyunçular üçün nəzərdə tutulacaq. Buna görə də oyuna başlamazdan öncə oyunçular iki özəllikdən birini seçməli olacaqlar. Söhbət, klassik və müasir döyüş sistemindən gedir. Müasir döyüş sistemi çərçivəsində döyüş fəndlərinin reallaşdırılması daha sadələşdirilib. Bunun hesabına yeni oyunçular effektiv döyüş fəndlərini yerinə yetirə biləcəklər. Street Fighter VI gələn il satışa çıxacaq.


    State of Play çərçivəsində “The Callisto Protocol” qorxu oyununun ilk gameplay videosu təqdim olundu. Qeyd etmək lazımdır ki, sözügedən oyun ilk “Dead Space”in yaradıcısı Glen Schofield-in iştirakı ilə hazırlanır. İlk gameplay videonun təqdim olunması ilə oyunun nə zaman satışa çıxacağı da məlum oldu. “The Callisto Protocol” bu ilin 2 dekabr tarixində satışa çıxacaq. Sözügedən oyun əsasən Playstation 5, Xbox Series X, Series S konsolları və PC üçün hazırlansa da rəsmi məlumatda qeyd edilib ki, o həmçinin Playstation 4 və Xbox One konsollarında da satışa çıxacaq. Qeyd etmək lazımdır ki, oyunun süjet xəttinə əsasən Yupiterin peyklərindən biri olan Kallistoda mənşəyi bilinməyən virus Black Iron adlı yerli həbsxananın sakinlərini qorxunc mutantlara çevirir. Biz isə Jacob Lee adlı personajı idarə edərək onlara qarşı mübarizə aparacağıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button