2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri həbs olundu

Yayımlandı: 6 Fevral 2023 19:05

Hüseyn Seyidov rüşvət almada, vəzifə saxtakarlığında ittiham olunur

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Hüseyn Seyidov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hüseyn Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Binəqədi Rayon Məhkəməsinin qərarıyla Hüseyn Seyidovun barəsində həbs qətimkan tədbiri seçilib.

“Şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən, tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluğun məlumatında belə deyilir.

Hüseyn Seyidovun bu ittihama münasibəti, onun özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Onun işi üzrə istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button