2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Respublikaçılar Nümayəndələr Palatasına nəzarəti ələ alır

ABŞ Konqresinə 8 noyabr aralıq seçkisinin nəticəsi olaraq Respublikaçılar partiyası Nümayəndələr Palatasında üstünlüyü ələ alıb. Çərşənbə günü Kaliforniyada dairələrdən birində səslərin hesablanması başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Respublikaçılar palatada 218, demokratlar isə 211 mandat əldə ediblər. Qalan 6 mandatın sahibləri bəlli deyil.

Bülletenlərin sayılması prosedurunun gecikməsi onunla əlaqədardır ki, amerikalıların böyük bir hissəsi bülletenlərini poçtlar göndərir. Onların alınması və sayılması isə vaxt alır.

Prezident Co Bayden (Joe Biden) palatadakı respublikaçıların başçısı Kevin Makkartiyə (Kevin McCarthy) təbrik məktubunda yazıb ki, “fəhlə ailələri üçün nəticələrin əldə olunmasından ötrü” birlikdə işləməyə hazırdır.

Makkartinin palatanın növbəti spikeri olacağı, demokrat Nensi Pelosini (Nancy Pelosi) əvəzləyəcəyi gözlənir. “Amerikalılar dəyişikliklərə, biz isə onları gerçəkləşdirməyə hazırıq”, – Makkarti deyib.

Respublikaçıların Konqresin aşağı palatasında qələbəsi Demokrat partiyasının ikiillik təkhakimiyyətliliyinə son qoyur. Son iki ildə Ağ ev və Konqresdə söz sahibi olan demokratlar respublikaçıların fikrini nəzərə almayaraq bir sıra qanunlar qəbul edə biliblər.

Gələn ildən istənilən qanunun və büdcənin qəbulu üçün Nümayəndələr Palatasındakı respublikaçı çoxluğun razılığını almaq lazım gələcək.

Senatda isə demokratlar üstünlüyü saxlaya biliblər. Buna görə də şərhçilər növbəti iki il ərzində Konqresdə vacib qanun layihələrinin qəbulunu istisna edirlər. Konqresdə yeni qüvvə nisbətinin Ukraynaya yardım ayrılmasına da təsir göstərəcəyi gözlənilir. Eləcə də büdcə xərclərinin artırılması, vergi siyasətilə bağlı ciddi fikir çəkişmələr yarana bilər.

Makkarti elan edib ki, enerji istehsalının artırılması və cənub sərhədinin möhkəmləndirilməsi respublikaçılar üçün prioritetə çevriləcək.

24 saat” “
Respublikaçılar Nümayəndələr Palatasına nəzarəti ələ alır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button