2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Respublikaçılardan layihə – ABŞ məktəblərdə kommunizm tarixi öyrənilsin

ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar məktəbləri kommunizm tarixini tədris proqramlarına daxil etməyə təşviq edən qanun layihəsi təqdim ediblər.

Sənədi mətbuat konfransında Floridadan olan konqresmen, kubalı mühacir ailəsində doğulmuş Mariya Salazar təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Layihəni Amerika parlamentinin aşağı palatasının 60 üzvü hazırlayıb. Salazar, 1997-2012-ci illər arasında anadan olan “Z” nəslinin üçdə birinin kommunizmi dəstəklədiyini və əhalinin 40 faizindən çoxunun “marksizm haqqında çox az şey bildiklərini” söyləyib.

“Həqiqət budur ki, kommunizm xərçəngdir” deyən Salazar, “Kommunizmin təmin etdiyi yeganə bərabərlik eyni dərəcədə yoxsul, eyni dərəcədə ac, eyni dərəcədə məzlum və eyni dərəcədə sürgün edilmiş olmaqdır.”

“Amerikalı tələbələr Stalinin qəsdən 3,5 milyon ukraynalını ac qoyduğu Sovet Qulaqları haqqında bilməlidirlər” deyə Texasdan olan konqresmen Den Krenşou (Amerikanın səsindən sitat gətirir) “Onlar on milyonlarla çinlinin ölümü ilə nəticələnən Maonun mədəni inqilabı haqqında bilməlidirlər. Onlar uyğur müsəlmanlarının hazırda yaşadıqları müasir köləlikdən xəbərdar olmalıdırlar” deyə konqresmen vurğulayıb.

Onun sözlərinə görə, qanun layihəsi kommunizmin “tarixin zibilliyində – aid olduğu yerdə qalmasını” təmin etmək məqsədi daşıyır.

“Tələbələr bilməlidirlər ki, sinif yoldaşının geyindiyi Çe Gevara köynəyi nə deməkdir”.

İyun ayında respublikaçı qubernator Ron Desantis dövlət liseylərində kommunist tarixinin tədrisini tələb edən qanunu imzalayıb.

İmzalanma mərasimində qeyd edib ki, məktəb məzunları totalitar ideologiyaların təhlükələri barədə məlumatlı olmalıdırlar.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button