2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

​​​​​​​Respublikaçıların Konqresdə üstünlük qazanacağı görünür

Noyabrın 8-də milyonlarla amerikalı demokrat və respublikaçıların sərt rəqabətilə keçən Konqresə aralıq seçkilərdə səs verib. Respublikaçılar Konqresə nəzarəti ələ alarsa, Prezident Co Baydenin (Joe Biden) prezidentlik müddətinin ikinci hissəsində onun siyasi xəttinə maneələr, hətta Rusiyaya qarşı müharibədə Ukraynaya ABŞ-ın dəstəyinə məhdudiyyət yarana bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Senatdakı 100 yerdən 35-i, Nümayəndələr Palatasında isə 435 yerin hamısı üzrə seçki keçirilir. Yerli vaxtla saat 11:30-da ölkənin şərq hissəsində səsvermə məntəqələri bağlansa da, qərbdə hələ də açıq məntəqələr vardı.

Rəsmi hesablamalara görə, 46 milyondan çox seçici erkən səs verib. Bəzi təhlilçilər yekun bülleten sayının 2018-ci ilin aralıq seçkisindəki rekord 115 milyondan çox olacağını deyirlər. Ancaq nəticələrin bilinməsi günlərlə, hətta həftələrlə çəkə bilər.

Bəzi media orqanları respublikaçıların Nümayəndələr Palatasına nəzarət üçün vacib beş mandatı qazanacağını proznozlaşdırırlar.

“CBS News” bildirir ki, respublikaçılar 198, demokratlar isə 180 yer əldə ediblər, 57 yerin sahibi isə bəlli deyil. “Edison Research” ekzit-pollar və indiyədək bilinən nəticələrə istinadla yazır ki, respublikaçılar Palatada üstünlük üçün gərəkən beş yeri əldə edəcəklər.

Ancaq Senat uğrunda mübarizənin nəticələri müəyyən deyil. Hazırda Senatda nisbət 50-50-dir.

Ümumilikdə ekzit pollara görə, Baydenin reytinqinin aşağı olmasına baxmayaraq, demokratlar gözlənildiyindən daha yaxşı nəticə göstərəcəklər.

Respublikaçıların Palata və Senatda qələbəsi növbəti iki il ərzində prezidentin gündəminin bloklanması, Vaşinqtonda hökumətin daha bir bölücü dönəmə daxil olmasıyla nəticələnə bilər.

Seçicilərin qərarlarına yüksək inflyasiya, Amerika demokratiyasının gələcəyi sarıdan narahatlıq təsirini göstərib. 8.2 faizlik inflyasiya amerikalılar üçün son 40 ilin ən yüksək həddidir. Bir çox seçicilərin dediyinə görə, cinayətkarlığın artması və immiqrasiya onların respublikaçılara səs verməsinə təsir göstərib.

Demokratlar isə abort hüquqlarının, demokratik normaların pozulmasını gündəm məsələlərinə çeviriblər.

Hazırda Palata və Senat demokratların nəzarətindədir. Bayden fevralın sonunda Rusiya Ukraynaya hücuma başlayandan Kiyevə 60 milyard dollardan artıq silah və yardım göstərib.

Palata respublikaçıların nəzarətinə keçərsə, respublikaçı Kevin Makkarti (Kevin McCarthy) spiker ola, büdcə və xarici işlər komitələrinin rəhbərliyinə Ukrayna məsələsinə skeptik yanaşan respublikaçılar gələ bilər.

Seçki günündən öncə Makkarti müsahibələrində xəbərdarlıq edib ki, respublikaçılar Ukraynanı dəstəkləyir, ancaq Kiyevə “boş çek yazan” deyillər.

İki ildir bülletenlərin necə atılması və sayılması haqda saxta iddiaların və konspirologiya nəzəriyyələrinin dolaşmasına baxmayaraq, seçki günü böyük problem qeydə alınmayıb. Ancaq Arizonanın Marikopa dairəsində hesablama tablolarında nasazlıq sosial mediada böyük tənqidə səbəb olub.

Seçki ekspertlərinin sözlərinə görə, seçicilərin üzləşdiyi nöqsanlar qeyri-adi deyil, amma ifrat-sağçı fiqurlar artıq çatışmazlıqların qəsdən törədildiyini iddia etməyə başlayıblar.

“Respublikaçıların böyük əksəriyyətinin bu gün səs verdiyini nəzərə alsaq, bunun həqiqət olması mümkündürmü?” – keçmiş prezident Donald Tramp (Donald Trump) “Truth Social” adlı platformasında yazıb.

“The Center for American Progress” adlı təhlil mərkəzi vəziyyətin pisləşə biləcəyi haqda xəbərdarlıq edib, çünki dezinformasiya adətən “seçki sonrakı mühitdə təkcə davam etmir, həm də dəyişir və pisləşir”.

24 saat” “
​​​​​​​Respublikaçıların Konqresdə üstünlük qazanacağı görünür
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button