Now Reading:
Reuters: Zuckerberg Konqresdə ifadə verəcək

Facebook-un rəhbəri Mark Zuckerberg ABŞ Konqresində ifadə verməyə hazırlaşır. Bunu “Reuters” agentliyinə məsələdən xəbərdar mənbə bildirib. Agentlik yazır ki, bu, Zuckerberg-in konqresmenlərin tələbinə boyun əyməsidir, qanunvericilər ondan 50 milyon istifadəçi barədə informasiyanın siyasi konsultasiya firmasının əlinə necə keçməsinin izahını istəmişdilər.

Bir müddət öncə Cambridge Analytica şirkətinin ABŞ və Britaniyada seçiciləri hədəfə almaq niyyətiylə onların məlumatlarını qanunsuz əldə etməsinə dair informasiya yayıldı. Bundan sonra Birləşmiş Ştatlar və Avropada qanunvericilər Facebook-un konfidensiallığın qorunması sahəsindəki fəaliyyəti barədə daha çox məlumat tələb edirlər.

BRİTANİYANIN DƏVƏTİ RƏDD EDİLİB

Facebook bildirib ki, şirkət Konqresdə ifadə vermək üçün dəvətnamələr alıb və konqresmenlərlə danışıqlar aparılır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.