2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Reyqanın dövlət katibi 100 yaşında vəfat edib


 

ABŞ-ın keçmiş dövlət katibi, tanınmış dövlət xadimi, Soyuq Müharibənin başa çatmasında rolu olmuş Corc Şults 100 yaşında vəfat edib.

Huver İnstitutu fevralın 7-də onun ölüm haqda açıqlamasında Şultsu “bütün dövrlərin ən nüfuzlu siyasətçilərindən biri, Amerikanın üç prezidentinə xidmət etmiş şəxs” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Şults daha çox Prezident Ronald Reyqanın dövlət xadimi kimi tanınıb, 1982-ci ildən 1989-cu ilədək vəzifədə olub. Ancaq o, dörd fərqli hökumətdə vəzifə tutmuş iki şəxsdən biridir. Prezident Riçard Nikson administrasiyasında maliyyə naziri, əmək naziri, İdarəçilik və Büdcə İdarəsinin direktoru olub.

Şultsun Dövlət Departamentində olduğu ilk illərdə Sovet İttifaqı ilə gərginlik yaşanıb. Amma Mixail Qorbaçov 1985-ci ildə hakimiyyətə gələndə Şults Reyqanı sovet lideri ilə şəxsi münasibət yaratmağa çağırıb. 1987-ci ildə iki lider Ortamənzilli Raket Qüvvələri Sazişini imzaladılar. Bu, soyuq müharibə dövrünün yeganə sazişi idi, raketlərin bütöv bir sinfini ləğv elədi.

Fələstin-İsrail münaqişəsinin həlli, Livanda 1980-ci illərin vətəndaş müharibəsinin bitirilməsində də Şultsun əməyi böyük olub.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button