2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Reza Zarrabın amerikalı vəkili Erdoğanla niyə görüşüb?

İrana qarşı Amerika sanksiyalarını pozmaqda ittiham edilən türk qızıl ticarətçisi Reza Zarrabla bağlı Nyu-York Tayms qəzeti yazır ki, onun vəkili, keçmiş Nyu-York meri Rudolf Culiani Recep Tayyip Erdoğanla görüşmək üçün Türkiyəyə səyahət edib, ancaq görüş gizli saxlanılıb.

Bundan əvvəl Ərdoğan ABŞ hökumətinin Reza Zarraba qarşı irəli sürdüyü ittihamların ədalətsiz olduğuna dair tənqidlər səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Culianinin son səylərinin məqsədi üzə çıxıb. Məhkəməyə andlı ifadəsində o bildirib ki, cinayət işini beynəlxalq diplomatiya məsələsinə çevirməyə cəhd edir.

Trampa yaxınlığı ilə bilinən Culiani deyib ki, cinayət işinə elə bir həll axtarır ki, bu, “ABŞ-ın milli təhlükəsizlik maraqlarına xidmət etməklə ABŞ və Türkiyə arasındakı razılaşmanın bir hissəsi olaraq” Reza Zarrabın xeyrinə işləsin.

Nyu-York Tayms yazır ki, Culianinin bu səyləri Erdoğanın mübahisəli referendumla öz avtoritar gücünü artırdığı və bu münasibətlə Trampdan təbrik aldığı bir vaxtda edilir.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button