2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Rezidenturaya qəbul olmaq istəyən OXUSUN

Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymət­lən­dirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib
mayın 15-dən 22-dək qeydiyyatdan keçməli­dirlər. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxıl­mayacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

Hər bir mərhələdə imtahan suallarının cavab­landırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir.

İmtahanda iştirak etmək üçün namizəd aprelin 3-dən etibarən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı üçün, iyunun 25-dən etibarən ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi im­tahanı üçün “Namizədin imtahana buraxılış vərəqəsi”ni http://eservices.dim.gov.az/erizerez/brxvrez internet səhifəsindən çap edib götürür.

Namizədlər imtahanda iştirak etmək üçün imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq gətirməlidirlər. İmtahanın keçirilmə vaxtı və yeri “Namizədin imtahana buraxılış vərəqəsi”ndə göstərilir. Müsabiqəyə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd 2017-ci il iyulun 7-dən 14-dək “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə əsasən, bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçərək, onların kodlarını elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləməlidir (bu haqda əlavə məlumatlar “Rezidentura” jurnalının 2017-ci il 3-cü nömrəsində veriləcəkdir).

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button