2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

RF XİN-in xüsusi nümayəndəsi Tehranda Ermənistan-Azərbaycan nizamlanmasını müzakirə edib

RF XİN-in Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev bazar günü Tehranda İran XİN başçısı səlahiyyətlərini icra edən Əli Bağıri Kani ilə danışıqlar aparıb.

İran mənbələrinin məlumatına görə, Bağıri Qafqaz regionunda münaqişələrin “əcnəbilərin müdaxiləsi olmadan” dinc yolla həlli zərurətini qeyd edib.

“Bunun üçün Tehran və Moskva arasında strateji koordinasiyaya və daimi məsləhətləşmələrə, regionun problemlərinin həlli üçün 3+3 mexanizmindən maksimum istifadə etməyə ehtiyac var”, deyə İRNA Agentliyi Bağıridən sitat gətirir.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Qafqaz regionu “İran və Rusiyanın milli təhlükəsizliyi və maraqları bölgəsidir”.

“Öz növbəsində, Rusiya nümayəndəsi ölkəsinin Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması üzrə səylərindən və Qafqaz regionundakı proseslər haqqında iki ölkənin birgə strateji mövqeyi ilə bağlı Rusiyanın düşüncələrindən danışıb”, deyə Mehr Agentliyi bildirir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button