2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rihanna Amerikanın ən gənc “self-made” milyorderidir

Yayımlandı: 6 İyul 2022 18:45

Onun sərvəti təxminən 1,4 milyard dollar qiymətləndirilir

34 yaşlı Barbadoslu müğənni Rihanna öz gücü, çalışqanlığı ilə Amerikanın ən gənc milyarder qadını seçilib (“self-made woman”).

Saytların yığılması Saytlarin yigilmasi

Onun sərvəti təxminən 1,4 milyard dollar qiymətləndirilir.

“Forbes” jurnalı ifaçının adını üç il ardıcıl olaraq ABŞ-ın ən varlı qadınları siyahısında salıb.

Rihanna jurnalın 2022-ci il üçün olan siyahısında 21-ci yeri tutub.

O, 40 yaşdan aşağı olan yeganə qadın milyarderdir.

Rihannanın qazancı müğənnilik karyerası ilə kifayətlənmir.

O, sahibi olduğu “Fenty Beauty” və “Fenty Skin” kosmetika, həmçinin “Savage X Fenty” alt paltarları brendlərindən daha çox gəlir əldə edir.

Robin Rihanna Fenti 1988-ci ildə Barbadosda doğulub.

Müğənnilik karyerasına başlayandan sonra qısa müddətdə dünyada tanınıb.

2008-ci ildə Barbadosun keçmiş baş naziri Devid Tompson hər il fevralın 22-ni ölkədə “Rihanna Günü” kimi qeyd ediləcəyini açıqlayıb.

Bu gün rəsmi olmasa da, hər il insanlar toplaşaraq Rihannanın mahnılarını dinləyərək bu günü qeyd edirlər.

Rihanna 2005-ci ildə “Music of the Sun” albomu ilə debüt edib.

Onun diskoqrafiyasına “A Girl like Me” (2006), “Good Girl Gone Bad” (2007), “Rated R” (2009), “Loud” (2010), “Talk That Talk” (2011), “Unapologetic” (2012), “Anti” (2016) albomları daxildir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button