2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rihannanın Tramp karikaturası aləmi qatdı – Foto

Dünəndən başlayaraq dünyanın demək olar ki, bütün ölkələrində ən çox danışılan, müzakirə edilən mövzu Donald Trampın ABŞ-da prezident seçkilərindən qalib çıxması olub.

Görünən o ki, ABŞ-ın 45-ci prezidenti Tramp insanları özü haqqında hələ bundan sonra da çox danışdıracaq. Çünki bu qəribə insan hər gün, hər saat hansısa qeyri-adi, gözlənilməz bir addım atıb dünyanı yaxşı və ya pis mənada heyrətləndirə bilər.
Moderator.az xəbər verir ki, Tramp haqqında dünya şöhrətli ifaçılar da fikir bildirirlər, onu tənqid atəşinə tuturlar, hətta bu barədə sosial şəbəkələrdə paylaşımlar belə edirlər.
Trampı tənqid edənlərin arasında məşhur müğənni Rihana da yer alıb. Rihanna bu gün səhər sosial şəbəkədə ABŞ-ın yeni prezidenti ilə bağlı karikatura paylaşıb. İfaçı paylaşdığı bu karikatura ilə ABŞ-ın bundan sonra məhvə doğru getdiyini demək istəyib. Paylaşdığı karikaturaya şərh yazan istifadəçilərin çoxu Rihannanı dəstəkləyib. Müğənniyə hətta Afrikaya köçməyi məsləhət görənlər də olub.
Qeyd edək ki, Rihannadan əvvəl məşhur ifaçılar Madonna ilə Biyons da Trampı tənqid edib. Seçkilərdən öncə isə Lady Qaqa və Miley Kruz da Klintonu dəstəkləmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button