2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Rio-2016: Azərbaycan 11-ci medalı qazandı

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın sərbəst güləşçilərin yarışı başa çatacaq.

Qol.az-ın məlumatına görə, Avropa çempionumuz Nataliya Sinişin (53 kq) mübarizəyə qoşulub.

Rioda 1/8 final mərhələsində debüt edəcək sərbəst güləşçimiz 3 qat Olimpiya və 13 qat dünya çempionu olan Yaponiya idmançısı Saori Yoşida ilə qarşılaşıb və məğlub olub – 0:4. Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılacaq. O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gəlib. 4:0 hesabı ilə qalib gələn güləşçimiz bürünc medal uğrunda Betzabet Angelika Arguello Villageslə (Venesuela) qarşılaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız ölkəmizə növbəti bürünc medalı qazandırıb. Bu, ümumilikdə 11-ci medalımız olub.

Qeyd edək ki, qadınlardan ibarət güləş yığmamızın 2 üzvü artıq olimpiadada çıxışını başa vurub. 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik gümüş medal qazanıb. 58 kq çəkidəki təmsilçimiz Yuliya Ratkeviç 5-ci yerlə kifayətlənib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button