Dünya

Rişi Sunak Britaniyanın ilk Asiya əsilli baş naziri olacaq

Britaniyada keçmiş maliyyə naziri, Hindistan əsilli Rişi Sunak hakim Mühafizəkar Partiyanın lideri seçilib

Britaniyada keçmiş maliyyə naziri, Hindistan əsilli Rişi Sunak hakim Mühafizəkar Partiyanın lideri seçilib.

Bu isə o deməkdir ki, Sunak ən yaxın vaxtda Britaniyanın baş naziri olacaq.

O Britaniya parlamentinin aşağı palatası – İcmalar Palatasındakı əksər mühafizəkar millət vəkillərinin dəstəyini qazana bilib.

Onun əsas və yeganə rəqibi Penni Mordont yarışdan çıxdığını bəyan edib. Bundan əvvəl keçmiş baş nazir Boris Conson partiya lideri yarışına qatılmayacağını bildirmişdi.

Sunak baş nazir vəzifəsində bu postda iki aydan da az müddətdə olmuş Liz Trassı əvəzləyəcək.

Yeni baş nazirin ən yaxın günlərdə İcmalar Palatasında elan olunacağı gözlənilir.

Mühafizəkar deputatlar artıq onun yeganə namizəd olduğunu təsdiqləyiblər.

Xəbər verilir ki, kral III Karlın Sunakı elə bu həftə baş nazir təyin edəcəyi gözlənilir.

Milyarderin kürəkəni

42 yaşlı Sunak Britaniyanın ilk Asiya əsilli baş naziri olacaq. Onun hindli valideynləri Britaniyaya şərqi Afrikadan 1960-cı illərdə mühacirət ediblər.

Onlar tibb və əczaçılıq sahələrində çalışırdılar. Sunak əvvəlcə nüfuzlu özəl orta məktəbdə təhsil alıb, sonra təhsilini Oksford və Stenford universitetlərində davam etdirib. Gələcək həyat yoldaşı, Hindistan milyarderinin qızı Akşata Murti ilə də tələbəlik illərində tanış olub.

Sunak təhsilini başa vurduqdan sonra Goldman Sachs investisiya bankında işləyib. Hazırda cütlük Britaniya zənginlərinin siyahısında 222-cidir.

Sunak 2015-ci ildə İcmalar Palatasına deputat seçilib. O 2017 və 2019-cu illərdə artan nəticələrlə yenə də deputat seçilib.

O 2016-cı ildə Britaniyanın Avropa İttifaqından çıxmasına – Breksitə səs verib. Sunak 2019-cu ildə Tereza Meyin istefasından sonra Boris Consonun baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib.

Consonun qələbəsindən sonra Sunak Britaniya xəzinədarlığının baş katibi, 2020-ci ildə isə maliyyə naziri təyin olunub.

Uğurları və ittihamlar

Ekspertlərin qiymətləndirməsinə görə Sunak maliyyə naziri vəzifəsində Britaniyanı COVID-19 pandemiyasından uğurla keçirib.

O həmin dövrdə bağlanmış restoranların sahiblərinə müavinət verilməsini və iş yerlərinin saxlanmasını təmin edə bilib.

Sunak 2022-ci ilin iyulunda Boris Consonun iqtisadi siyasəti ilə razılaşmadığına görə istefaya gedib.

Tənqidçiləri bildirirlər ki, onun istefası Coinson hökumətinin iflasına səbəb olan əsas faktor olub.

24 saat” “
Rişi Sunak Britaniyanın ilk Asiya əsilli baş naziri olacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Blinkendən ‘çirkli bomba’ iddialarına cavab

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button