2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rişi Sunak: ‘Rusiyanın qüvvələrini yenidən cəmləməsinə yol verilməməlidir’

Britaniyanın baş naziri Rişi Sunak dekabrın 19-da deyib ki, Qərb “Rusiyanın öz hərbi qüvvələrini təkrar qruplaşdırma qabiliyyətini” əngəlləməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

O xatırladıb ki, Rusiya indi dronlardan da istifadə ilə Ukraynaya qarşı təcavüzünü davam etdirir.

Associated Press yazır ki, Sunak bu sözləri Birgə Ekspedisya Qüvvəsinin (Joint Expeditionary Force – JEF) Latviya paytaxtı Riqada keçirilən sammitində deyib.

Britaniyanın başçılıq etdiyi JEF Avropanın 10 ölkəsini birləşdirir və Rusiyanın Ukraynaya müdaxiləsi kimi hallarda daha çevik reaksiya göstərmək funksiyasına malikdir.

Sunak bəyan edib ki, hazırkı vəziyyətdə Rusiyanın birtərəfli qaydada atəşkəsə çağırılması “tamamilə mənasızdır”.

O deyib ki, belə bir çağırış yanlış olardı:

Bizim kollektiv qətiyyətimiz aydındır. Biz Ukraynanı dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İlk növbədə ona görə ki, onların təhlükəsziliyi bizim təhlükəsizliyimizdir”.

Rusiya İrandan dronların yeni partiyasını alıb

Bu sammitə videobağlantı ilə qoşulan Ukrayna prezidenti Volodimir Zelenski İran istehsalı olan Şahed kamikadze dronlarından danışıb.

O deyib ki, Rusiya ötən gecə həyata keçirdiyi hücum zamanı 34 belə drondan istifadə edib.

“Bunlar Rusiyanın İrandan aldığı Şahed dronlarının yeni partiyasındandır. Bu partiyada 250 dron var. Terrorçu dövlət təzəlikcə məhz bu qədər dron alıb. Rusiya hücum üçün raketlərdən və İran dronlarından daim istifadə edir”.

İran Rusiyanı dronlarla təchiz etdiyini təsdiqləsə də, iddia edib ki, Tehran bu dronları Moskvaya hələ Rusiuyanın Ukraynaya hücumundan əvvəl verib.

Sunak bunu da deyib ki, Rusiyaya qarşı iqtisadi tədbirlərin nəticələri getdikcə kəskinləşməlidir.

“Qoy Rusiya qonşularına hücum etməyəcinə qarantiya versin”

Ötən həftə Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə Moskva üzərinə sanksiyaların 9-cu paketini qəbul edib.

Son sanksiya paketi Rusiyanın hərbi-sənaye kompleksini, habelə Ukrayna vətəndaşlarına hücumlar və uşaqların oğurlanması üçün məsuliyyət daşıyan şəxs və qrupları hədəfləyir.

Aİ-nin üzvü olmayan Britaniya da bu sanksiyalara bənzər sanksiyaları ayrıca qəbul edib.

Finlandiya prezidenti Sauli Niinisto Fransa prezidenti Emmanuel Makronun Rusiyaya təhlükəsizlik qarantiyalarının verilməsinə dair təklifini şərh edərkən deyib:

“Əgər Rusiya qonşularına hücum etməyəcəyinə dair qarantiyalar versə, Rusiyaya da həmin səviyyədə və həmin mötəbərliklə qarantiyalar niyə də verilməsin?”

24 saat” “
Rişi Sunak: ‘Rusiyanın qüvvələrini yenidən cəmləməsinə yol verilməməlidir’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button