2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Robert Ford: “Əsəd yenidən kimyəvi silahdan istifadə edəcək”

“Bəşər Əsəd yenidən Suriyada dinc insanlara qarşı kimyəvi silahdan istifadə edəcək”.

Publika.az ABŞ-ın “CBS” telekanalına istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Suriyadakı sonuncu səfiri Robert Ford bildirib.

ABŞ-ın Bəşər Əsəd ordusuna məxsus aviabazanın bombalanması addımını yüksək qiymətləndirən diplomat deyib ki, Bəşər Əsədə qarşı nəzarəti dayandırmaq olmaz:

Saytların yığılması Saytlarin yigilmasi

“Bəşər Əsədi nəzarətsiz buraxmaq olmaz. Çünki Əsəd məqam yaranan kimi yenidən kimyəvi silahdan istifadə edəcək. Bununla da Rusiyanın Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə qarşı çıxması da çox çətin olacaq. Rusiya və İranın Bəşər Əsədə dəstəyi davam edəcəyi təqdirdə, ABŞ-ın Suriyadakı rejimi dəyişdirmək səyləri müsbət nəticələnməyəcək. Bunun üçün ABŞ Suriyada bütün tərəflərlə yeni hökumətin qurulması ilə bağlı danışıqlar aparmalıdır”.

ABŞ-ın Bəşər Əsəd ordusunu yenidən vuracağı təqdirdə İranın da adekvat addımlar atacağı ilə bağlı təhdidlərinə də toxunan R.Ford qeyd edib ki, İran ordusu ABŞ-ı vurmaq gücünə malik deyil:

“İran yalnız İraqda xidmət edən ABŞ hərbiçilərini hədəfə ala bilər. Bunu da ABŞ hökuməti diqqətdə saxlamalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button