2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Rohani Trump-ı tənqid edir

İran prezidenti Hassan Rohani Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trump-ın iştirak etdiyi summiti “mənasız yığıncaq” adlandıraraq tənqid edib.

Mayın 22-də keçirilən mətbuat konfransında çıxış edən Rohani deyib ki, seçkinin nəticələri İran xalqının “mötədillik” və bütün dünya ilə əlaqə istədiyini göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 21-də Riyadda keçirilən sammitdə çıxış edən Trump müsəlman liderləri öz ölkələrində terrorla mübarizə etməyə çağırmışdı. Bununla yanaşı o, İranı “məzhəb münaqişə və terrorunu alovlandırmaqda” ittiham etmişdi.

Rohani isə deyib ki, Səudiyyə Ərəbistanında keçirilən görüşün nə siyasi, nə də praktik mənası var.

İran prezidenti bunu da qeyd edib ki, “sən sadəcə olaraq adamların pullarını superdövlətə verməklə terrorla mübarizə apara bilməzsən”.

Səudiyyə səfəri zamanı ABŞ və Səudiyyə arasında çoxmilyardlıq sazişlər imzalanıb.

Trump isə mayın 22-də etdiyi çıxışında İranın tənqidinə təkrar qaylıdaraq deyib: “ABŞ və İsrail bir ağızdan bəyan edə bilərlər ki, İrana heç vaxt və heç vaxt nüvə bombasına malik olmaq imkanı verilə bilməz…”

İsrail prezidenti Reuven Rivlinin iqamətgahında olarkən Trump bəyan edib ki, İran “terrorçuların təlimləndirilməsi və silahlandırılmasına son qoymalıdır”.

İranın Suriya, İraq, Livan və Yəməndə şiə müttəfiqlərinə dəstək verməsi əksər sünni ərəb ölkələri ilə yanaşı İsraili də narahat edir.

Lakin Rohani bildirib ki, İranın iştirakı olmadan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması mümkün deyildir. O əlavə edib ki, ABŞ region barədə “kafi biliyə malik deyil”.

Rohani deyib ki, Vaşiqntonla Tehran arasında münasibətlər “hamar deyil”, lakin o Trump administrasiyasının təmkin göstərərək daha “ədalətli qənaətlərə” gələcəyinə ümid edir.

Rohani eyni zamanda ölkəsinin ballistik raketlər proqramını müdafiə edib. Bu proqram ABŞ tərəfindən kəskin tənqid olunur.

İran prezidenti deyib ki, “bizim raketlərimiz hücum yox, sülh üçündür”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button