Loading...
Loading...
ÖLKƏGündəm

Roma Papası Ukraynada münaqişəyə imkan verməməyə çağırıb

Dekabrın 25-də Roma Papası Fransisk Milad bayramında ənənəvi “Şəhərə və dünyaya” (Urbi et Orbi) mesajı ilə çıxış edib. O, çıxışı zamanı Ukrayna ərazisində münaqişəyə imkan verməməyə çağırıb.

Pontifik ümid etdiyini bildirib ki, tərəflər əlaqələr yarada biləcək və dialoqa açıq olacaqlar. Fransisk Suriya, Yəmən, İsrail, Əfqanıstan, Myanma və digər ölkələrdəki münaqişələri də xatırladıb.

Adətən Papa Milad çıxışında aktual dünya problemlərinə toxunur.

Bu il Roma Katolik Kilsəsinin rəhbəri dindarlara Vatikandakı Müqəddəs Pyotr eyvanından müraciət edib. Ötən il pandemiya ilə əlaqədar müraciət Apostol Sarayının zalında olmuşdu.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button