Loading...
Loading...
Dünya

Roma Papası Yunanıstandan 12 suriyalı ilə qayıdır

Yunanıstanın Lesbos adasındakı miqrant düşərgəsinə baş çəkən Roma Papası 12 miqrantı özü ilə Vatikana aparıb.

6 uşaqda daxil olmaqla 3 ailənin üzvləri Suriyada evləri bombalanan müsəlmanlardır.

Vatikan açıqlamasında deyilir ki, Papa öz addımı ilə qaçqınlara “xoş gəlmisiniz” messajını vermək istəyib.

Roma Papası Francis Yunanıstanın Lesbos adasında yerləşən miqrant düşərgəsinə baş çəkərkən orada qalanlara müraciətində “siz tək deyilsiniz” deyib.

Image copyrightAFP
Yunanıstana səfər edən Vatikan lideri baş nazir pravoslav kilsəsinin rəhbəri ilə görüşüb Image copyright AFP

“Ümidinizi itirməyin. Bir-birimizə bəxş edəcək yeganə hədiyyə sevgidir”.

Yunanıstana səfər edən Vatikan lideri baş nazir pravoslav kilsəsinin rəhbəri ilə görüşüb.

Roma Papası Lesbosa “İkinci dünya müharibəsindən bəri ən kəskin humanitar böhranı” görmək üçün gəldiyini deyib.

Katolik kilsəsinin rəhbərinin baş çəkdiyi Moria düşərgəsində 3 min miqrant saxlanılır. Onlardan bəziləri Türkiyəyə deportasiya oluna bilər.

Avropaya miqrant axınının azaldılmasına yönələn Aİ-Türkiyə razılaşmasından sonra Lesbos adasında minlərlə insan ilişib qalıb.

Vatikan israr edir ki, yalnız humanitar dini məqsəd daşıyan Papanın səfəri deportasiyaların tənqidi kimi qəbul olunmamalıdır.

 

bbc.com/azeri

Gözdən qaçırmayın:  NATO xarici işlər nazirləri cümə günü Ukrayna ilə bağlı təcili toplantı keçirəcək
Back to top button
Telegram kanalımıza abunə olun