2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Roman Pivarnik: “Qarabağ”ı müdafiə olunmağa məcbur etmişdik”

“Qarabağ”ın güclü rəqib olduğunu bilirdik. Bunu futbolçulara da demişdim. Matça çox güclü hazırlaşmışdıq”.

24saat.org apasport.az-a istinadən xəbər verir ki,bu sözləri “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Viktoriya” matçı 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra növbəti mərhələyə adlayan Plzen təmsilçisi olub.

Saytların yığılması Saytlarin yigilmasi

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi bunları deyib: “Matçboyu rəqibin əks oyununu gözləyirdik və buna qarşı oyunumuzu qurmuşduq. Bizim müdafiəmizdə problem olduğu üçün “Qarabağ” qol vura bildi. Məqsədimiz qol vurmaq idi. Amma qol buraxandan sonra səbrli davranıb, öz oyunumu oynadıq. Bir qol vurub, matçı bitirmək məqsədi ilə meydana çıxmışdıq. 60-cı dəqiqədən sonra 4-4-2 taktikamızı bir hücumçu ilə gücləndirdik və məqsədimizə çatdıq”.

– Nəticəni ədalətli hesab edirsizmi?

– Fikrimcə, ədalətli idi. Çünki birinci oyunda “Qarabağ”ı müdafiə olunmağa məcbur etmişdik. Bu dəfə isə meydana qol vurmaq üçün çıxmışdıq.

– “Qarabağ” çoxlu qol imkanlarını qaçırdığı halda, siz əldə etdiyiniz 1 epizoddan maksimum yararlandınız…

– Qol buraxandan sonra biz də çalışdıq ki, hücumu gücləndirək. Ola bilər ki, bəxtimiz də bir az gətirdi.

– İlk görüşdən sonra “Qarabağ”ın bu dərəcədə yaxşı oynayacağını və Azərbaycanda belə azarkeş kütləsi gözləyirdizmi?

– Fantastik ab-hava idi. Bu barədə eşitmişdik, indi özümüz də gördük. Çox xoşumuza gəldi. “Qarabağ” çox ağır rəqibdi. Çox razıyıq ki, onlarla oyundan qalib ayrıldıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button