Səudiyyə Ərəbistanı Pro Liqası
Al-Nassr Al-Fateh qarşısında qələbə qazandı
Səudiyyə Ərəbistanı Pro Liqası-nın 5-ci turunda Al-Nassr öz meydanında Al-Fatehi qəbul edib. Al-Awwal Stadionunda baş tutan qarşılaşmada Al-Nassr rəqibinə 5-1 hesabı ilə qalib gəlib.
Ronaldo möhtəşəm qol ilə yadda qaldı
Oyuna Ronaldo-nun vurduğu möhtəşəm qol damğa vurdu. Portuqaliyalı ulduz 60-cı dəqiqədə cərimə meydançasından inanılmaz zərbə ilə komandasını 2-1 hesabıyla önə çıxardı. 40 yaşlı ulduzun bu qolu tribunaları ayağa qaldırdı, sosial mediada da böyük marağa səbəb oldu. Ronaldo bu qolla karyerasında 949-cu qolunu vurmuş oldu.
Al-Nassr liderliyini davam etdirir
Corci Jesusun çalışdırdığı Al-Nassr bu nəticə ilə liqada 5 oyunda 5 qələbə qazanaraq 15 xalla liderliyini qoruyub. Al Fateh isə 1 xalla son sıralarda qalıb.
KRAL ZORU SEVER, İNANILMAZ BİR GOLLL!! 🔥🔥🔥 pic.twitter.com/SFz8dCB5wD
— S Sport Plus (@ssportplustr) October 18, 2025
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz