2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Ronaldo “Real Madrid”dən gedir

Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo ilə yollarını ayıra bilər. ANS PRESS-in məlumatına görə, futbolçu PSJ-nin prezidenti Nəsir Qənim Əl-Xəlaifi ilə razılığa gəlib. Bu barədə El Mundo Deportivo” məlumat yayıb.

Ronaldo “Kral Klubu”nun prezidenti Florentino Peres ilə yeni müqavilə barədə danışacaq. Əgər portuqaliyalı ilə prezident anlaşa bilməsələr Kriştiano PSJ-yə keçəcək. Lakin bu barədə ancaq Mundo Deportivo yazıb. Paris klubunun milyarder prezidenti Əl Xəlaifinin planlarına görə, Kriştiano Ronaldo komandanı tərk edən Zlatan İbrahimoviçi əvəz etməlidir. Digər məlumatlara görə, Ronaldo ilə Əl Xəlaifi artıq bir neçə dəfə görüşüblər.

Nəsir Qənim Əl-Xəlaifi - PSJ-nin prezidenti

Saytların yığılması Saytlarin yigilmasi

Ronaldonun “Manchester United” klubundan “Real Madrid”ə keçidi üçün 83 milyon funt-sterlinq (185 milyon 920 min dollar – red.) ödənilib. Bu da onu futbol tarixinin ən bahalı oyunçusuna çevirib. “Real Madrid” ilə bağladığı müqaviləyə əsasən, ildə 12 milyon avro qazanan Ronaldo dünyanın ən çox qazanan futbolçularından biridir. Portuqaliyalı 3 dəfə “Qızıl Top”a sahib olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button