2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Roqozin Ukraynada raket zərbəsindən yaralanıb

Roskosmosun hazırda Donbasda olan və Ukraynaya qarşı müharibədə iştirak edən keçmiş rəhbəri Dmitri Roqozin dekabrın 21-də axşam Donetskin artilleriya atəşinə tutulması nəticəsində yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu baradə məlumatı Roqozinin köməkçisi TASS agentliyinə verib:

“Donetskin kənarındakı mehmanxana atəşə tutulub. Bu oteldə son aylarda Dmitri Roqozinin başçılığı altında hərbi müşavirlər qrupu yaşayırdı. Dmitri Oleqoviç kürəyindən yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər. Həyatına təhlükə yoxdur”.

Roqozinin özü də teleqram-kanalında yazıb ki, “bu, könüllü birləşmələrimizdən birinin qayıtmasından sonra dar çevrədə və sakit şəraitdə keçirilən bir işçi görüş idi”.

O daha sonra yazır:

“Biz son aylarda bu mehmanxanada yaşamışıq və son səkkiz ildə buranı atəşə tutmayıblar. Kimsə informasiya ötürüb. Saat 19:45-də bura bir neçə yüksək dəqiqliyə malik zərbə endirilib. Mərmilər 120 mm, ya da 155 mm çaplı olub. Kimin hardan atdığını istintaq araşdıracaq. Mən dəmir qəlpə yarası almışam. 3-4 santimetrlik qəlpə sağ kürəyimin yuxarı tərəfinə girib. Əməliyyat edəcəklər. Mənə yaxın olan bir neçə nəfər də yaralanıb”.

“Şeş-Beş” restoranında ad günü

Baza adlı teleqram-kanal isə bildirir ki, Roqozin Donetskdəki “Şeş-Beş” adlı restoranda yaralanıb:

“O orada ad gününü qeyd edirdi. Restorana zərbə endirilməsi nəticəsində 2 nəfər həlak olub və daha 5 nəfər yaralanıb. Qondarma DXR-in başçısı Denis Puşilin iki nəfərin öldüyünü təsdiq edib”.

Dmitri Roqozin həqiqətən də dekabrın 21-də anadan olub.

Bu da xəbər verilir ki, Donetskin Lenin rayonundakı resrtoranın atəşə tutulması zamanı Roqozinlə birlikdə olan “DXR”-in hökumət başçısı Vitali Xotsenko da yaralanıb.

Bu barədə onun mətbuat katibi Mina Axverdova məlumat verib:

“Xotsenko Donetskdəki restoranın atəşə tutulması nəticəsində yaralanıb. Həyatına heç bir təhlükə yoxdur. Onu müşayiət edənlər də yaralanıblar”.

Ukrayna hökuməti mehmanxananın atəşə tutulması barədə heç bir məlumat vermir.

Amma Donetsk şəhərinin ətraflarında son günlər qızğın döyüşlər gedir.

Başqa “partlayışlar”

Ötən payızda Xersonda raket zərbəsi nəticəsində vilayətin işğal administrasiyası başçısının müavini Vladislav Kateriniçev həlak olmuşdu.

Elə həmin şəhərdə daha əvvəl Ukrayna Radasının keçmiş deputatı Aleksey Juravko raket zərbəsi nəticəsində ölmüşdü.

24 saat” “
Roqozin Ukraynada raket zərbəsindən yaralanıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button