Loading...
Loading...
Xəbərlər

"Roskosmos" Azərbaycana orbit qrupu yaratmağı təklif edir

Bakı/28.12.21 Rusiyanın “Roskosmos” korporasiyası Azərbaycana azad edilmiş ərazilərdə və kosmos sahəsində birgə layihələr təklif edib. İnterfaks-ın məlumatına görə, bu barədə təşkilatın rəhbəri Dmitri Roqozin bildirib.

“Roskosmos” həmçinin Azərbaycanın Kosmos Agentliyi ilə birlikdə kosmosdan məsafədən tədqiq həyata keçirməyi və Azərbaycana kosmik aparatların orbit qrupunu yaratmaqda kömək etməyi planlaşdırır.

Onun sözlərinə görə, Rusiya birgə kosmik xidmətlərin göstərilməsində – kosmik foto və videoçəkiliş aparılmasında da əməkdaşlıq edə bilər.

Roqozin qeyd edib ki, bu məsələləri Azərbaycan rəhbərliyi ilə müzakirə etmək üçün Bakıya gəlməyi planlaşdırır. -02Â-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button