2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rostovda neftayırma zavoduna dron zərbəsi endirilib? (Video)

Rusiyanın dövlət TASS xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirir ki, neftayırma zavodunun üzərində iki Ukrayna dronu müşahidə edilib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neft emalı zavodunda yanğın baş verib.

Bu barədə məlumatı vilayətin fövqəladə hallar idarəsi yayıb.

Məlumatda deyilir ki, yanğın səhər saat 9-da başlanıb və bir saat ərzində lokallaşdırılıb.

Bu da qeyd olunur ki, yanğın 50 kvadratmetr sahəni əhatə edib və yayılma təhlükəsi yoxdur.

İnsan itkisi barədə məlumat verilmir.

Rəsmilər deyirlər ki, yanğının səbəbləri araşdırılır.

Buna baxmayaraq Rusiyanın Sota və Baza teleqram-kanalları yanğının dron zərbəsi nəticəsində başlandığını bildirirlər.

Rusiyanın dövlət TASS xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirir ki, neftayırma zavodunun üzərində iki Ukrayna dronu müşahidə edilib.

Xəbərdə deyilir ki, dronlardan biri yerə düşüb və yanğın başlanıb. Başqa bir versiyaya görə, əslində dron zavodun konstruksiyasına çırpılıb.

Daha sonra Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, Novoşaxtinsk neft emalı zavodunun ərazisində iki dronun fraqmentləri tapılıb.

Qubernator bildirir ki, yanğın nəticəsində ölən və xəsarət alan yoxdur, zavodun işçiləri evakuasiya edilib.

Novoşaxtinsk zavodu Ukrayna ilə sərhədin 10 kilometrliyində yerləşir.

Moskvanın Ukraynaya hərbi müdaxiləsi başlanandan Rusiyanın həmsərhəd bölgələri atəş və raket zərbələrinə məruz qalır.

Aprel ayında Bryansk vilayətindəki neft bazasında yanğın olub. Yerli rəsmilər yanğının səbəblərini açıqlamasalar da, başqa mənbələr hadisənin dron zərbələri ilə bağlı olduğunu bildiriblər.

24 saat” “
Rostovda neftayırma zavoduna dron zərbəsi endirilib? (Video)
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button