2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsindən azad edilib

Prezident İlham Əliyev fevralın 10-da Rövnəq Abdullayevin SOCAR Dövlət Neft Şirkətinin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Prezidentin digər bir sərəncamı ilə Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib.

Öz növbəsində, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf SOCAR-ın birinci vitse-prezidenti təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, dövlət başçısı Elnur Əliyevi iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edərək, iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edib.

Rövşən Nəcəf 1982-ci ildə Bakıda anadan olub. 1997 – ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmuş, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistraturanı bitirmişdir.

2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Kolumbiya Universitetində təhsil alıb və iqtisadi siyasətin İdarə Edilməsi/Beynəlxalq Enerji menecmenti və siyasəti üzrə magistr dərəcəsi alıb.

2008-2009-cu illərdə SOCAR-ın investisiya İdarəsi üzrə müqavilələr şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2009-2010-cu illərdə xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olmuşdur.

2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti”ASC-nin icraçı direktor müavini və icraçı direktoru vəzifəsində çalışmışdır.

Ölkə prezidentinin 11 May 2018-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət şöbəsinin müdiri təyin edilib.

Ölkə prezidentinin 28 avqust 2019 – cu il tarixli sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin idarə heyətinin sədri, 11 fevral 2020-ci il tarixli sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

21 dekabr 2021-ci ildə iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button