2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ata Abdullayevin cinayət dosyesi

“Jurnalist” və Polis yanında «İctimai Şura» üzvünün dosyesi

Bu adam Azərbaycan Respublikası yanında hansısa “Ictimai Şura”nın rəsmən tanınan üzvüdür və nümunəvi Azərbaycan vətəndaşı hesab edilərək həmin Şuraya daxil edilib. DIN-in “nümunəvi vətəndaş” sayaraq həmin Şuraya daxil etdiyi bu adamın istintaqa verdiyi ifadə ilə tanış olun və Ictimai Şura adlandırılan həmin təsisatda başqa kimlərin ola biləcəyini təsəvvür edin. Biz onun etiraf-ifadəsini olduğu kimi dərc edirik və bəzi məqamlara yüngülvari şərhlərimiz olacaq.
Azərbaycan Respublikası CM-nin 271.2.1, 271.2.3, 177.3.1 və 177.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə  dindirilmiş Abdullayev Ata Eldar oğlu ona ittiham elan edilmiş cinayətlərin törədilməsində özünü təqsirli bilmiş,  əməllərindən səmimi peşiman olduğunu göstərmiş, törətmiş olduqları cinayətlərin törədildiyi yeri, vaxtı və digər halları barədə istintaqa ətraflı ifadələr vermişdir.

Saytların yığılması Saytlarin yigilmasi

Ata Abdullayev göstərir: “Mən Vaqif Mirzəzadə, Olovu Mutiu Olanrevaju, Ubimaqo Anthonu Onetule, Samson, Şetu ləqəbli şəxs (bu adları yadınızda saxlayın – red.) və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində kompüter informasiyasına qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqda ittiham edilirəm. Mənə ittiham elan edilmiş cinayətlərin törədilməsində özümü tam təqsirli bilirəm. Əməllərimdən səmimi peşiman olmuşam. Lakin mən heç vaxt kompüter informasiyasına daxil olmamışam, mən ancaq elektron biletlə uçmaq istəyən sərnişinlər tapıb onlar barədə məlumatları Vaqifə, Olovuya, Antoniyə, Samson və Şetuya göndərmişəm ki, həmin şəxslər üçün elektron biletlər yazdırsınlar, onlar da həmin biletləri yazıb mənə qaytarıblar, mən də biletləri sifarişçilərə verib, biletlərin pullarını yığıb, öz faizimi götürüb, yerdə qalan hissəsini ya əlbəəl onlara vermişəm, ya da poçtla onlara göndərmişəm.

Kirayənişin məsələsi

Bakı şəhəri, 28 may küçəsi 11 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı evimizi qardaşım Elnur 2008-ci ilin iyun ayında kirayəyə vermişdi. 2-3 gün idi, kirayəçilər işləyirdilər ki, onların yanına gələrək problemləri olsa, mənə deyəcəklərini söylədim. Həmin kirayəçinin adı yadımdan çıxıb, onun adını qardaşım Elnurdan öyrənib deyərəm, amma həmin kirayəçi tez-tez Moskvaya gedirdi. Mən də həmin vaxt aviabiletlərin alverini edirdim. “Odlar yurdu” universitetinin böyründə fəaliyyət göstərən bilet satışı ilə məşğul olan “Sindbad travel”də işləyən Ibrahim dayıgildən aviabiletlər alıb müxtəlif müştərilərə satırdım. Bu fəaliyyətdən hər biletdən 10, 8, 9 manat gəlir əldə edirdim. Bu məqsədlə də kirayəçimizə təklif etdim ki, Moskvaya uçarkən ona bilet lazım olsa, aviabilet təşkil edə bilərəm. Mən ona deyirdim ki, kassadan bir manat ucuz bilet təşkil edə bilərəm. Həmin şəxs mənə bildirdi ki, onun özü aviabiletlərin dəyərinin 50 faizinə aviabiletlər alır. Onun belə tanışı var. Həmin şəxs mənə Vaqif Mirzəzadənin 055-? (telefon nömrələrini dərc etmirik – “Azadlıq”) saylı mobil telefon nömrəsini verib bildirdi ki, Vaqif aviabiletlərin dəyərindən 50 faiz ucuz qiymətə biletlər təşkil edir. Mən söyüş qoyub belə bir şeyin mümkün olmadığını bildirdim. Belə olan halda kirayəçimiz öz mobil telefonundan Vaqifin mobil telefonuna zəng edib telefonu mikrofona qoyub onunla danışdı və mənim də eşitdiyim tərzdə onunla danışaraq soruşdu ki, Vaqulya, Moskvaya aviabilet neçəyədir, eyni zamanda ondan soruşdu ki, əgər səndən həftəyə 3-4 dənə Moskvaya bilet istəsələr, neçəyə təşkil edə bilərsən. Vaqif də bildirdi ki, biletin birini 150 ABŞ dollarına təşkil edə bilərəm. Həmçinin dedi ki, əgər müştərilərin həftə ərzində sayı, yəni “patok”u çox olsa, biletlərin dəyərində endirim də edib hər bileti 130 dollara təşkil edə bilər. Bundan sonra kirayəçimiz mənim 055-? saylı mobil telefon nömrəmi Vaqifə verib ona dedi ki, aviabilet almaq üçün ona müraciət etdikdə mənə aviabiletlər təşkil etsin. Vaqif də razılığını verdi.

Kirayəçi “obyektə” gəlir

Kirayəçimiz səhəri günü Vaqiflə bizim obyektin yuxarı tərəfində görüş verdi. Vaqif üç yerə görüş verdi. Gah dedi konservatoriyanın qabağına gəl, gah dedi Milli Bankın qabağına gəl, mən ona dedim ki, bizim obyekt “Buta” restoranının yanındadır, ona obyektimizin yanına gəlməsini təklif etdim. Mən obyektdə yuxarı otaqda oturmuşdum, axşam saat 6-7 radələri idi. Bir də gördüm ki, əvvəlcə kirayəçimiz, sonra da Vaqif otağa daxil oldu. Vaqif uca boylu, burnu bir az spesifik quruluşlu, saçı şümal və  dağınıq formada olub alnına tökülmüş bir şəxsdir. Həmin vaxt Vaqifin yanında tanımadığım bir şəxs də var idi. Vaqifin qollarında narkomanlara xas olan kəsik yerləri var. Bu görüşdə Vaqif dedi ki, mən elektron biletlər təşkil edəcəyəm. Ondan soruşdum ki, elektron bilet nə olan şeydir. Vaqif dedi ki, biletlər ələ verilmir, sən aviareyslərlə Bakıdan xaricə və əksinə uçmaq istəyən şəxslərin pasport göstəricilərini mesajla mənə göndərəcəksən. Mən də həmin şəxslərin adına elektron biletlər təşkil edib kodlarını sənə göndərəcəyəm. Vaqif mənə bildirdi ki, sifariş verəcəyim hər bilet üçün mənə 40, 50, 60 ABŞ dolları verəcək. Mən də onunla razılaşıb dedim ki, müştərim olsa, verərəm. Vaqif  həmçinin mənə bildirdi ki, Bakıda elektron aviabletlərin  onun təklif etdiyi qaydada satışı ilə məşğul olan tanışları var ki, bu işdən əldə etdikləri gəlirlə özlərinə “Hammer” markalı avtomaşınlar alıblar. Bu razılaşmamızdan sonra təxminən 20 gün bilet üçün mənə müraciət edən olmadı. Amma tanışlığımızdan keçən hər gün ərzində Vaqif mənə səhər və axşam saatlarında gizli nömrədən zəng edib soruşurdu ki, qaqaş, nə oldu, elektron aviabiletlər üçün müştəri tapa bilməmisənmi? Həmçinin deyirdi ki, bu sistem bir azdan, bu yaxınlarda bağlanacaq. Mən də ona bildirdim ki, birinci müştərim olan kimi sənə bildirəcəyəm.

“Fədakar sınaq”

(2008-ci ilin oktyabrın 24-də Abdullayev Ata Eldar oğlu, onun anası Yusifova Şayla Səməd qızı və həyat yoldaşı Muradova Dilarə Ilham qızı Bakı-Moskva reysi ilə uçublar. [email protected] elektron ünvandan Ceci Westmorelandın 7655 saylı visa kredit kartına daxil olmaqla götürülən 514.80 manat pul saxta elektron biletlərin alınmasına sərf edilib).

***

Vaqif mənə dedi ki, Moskvadan qayıdandan bir gün qabaq ona  zəng edim, mənim üçün geriyə elektron avia bilet təşkil etsin. Iki gün orada qalandan sonra Vaqifi yığdım və mənə geriyə bilet təşkil etməsini xahiş etdim. Vaqif də mənə eyni qayda ilə Moskva-Bakı reysinə elektron aviabilet təşkil etdi.
Bakıya qayıdandan 2-3 gün sonra hər iki bilet üçün Vaqiflə bizim ofisin yanında görüşdüm və ona 400 ABŞ dolları verdim.  Bu faktdan sonra mənim Vaqifə etibarım artdı. Qərara gəldim ki, mənə aviabilet üçün müraciət edən müştərilərim olanda telefon vasitəsilə mesaj yazıb müştərilərin anket  məlumatlarını Vaqifə göndərim. Vaqif də mənim sifarişim  əsasında müxtəlif şəxslərin adlarına elektron aviabiletlər təşkil edib biletin kodunu və reyslərin nömrəsini mesajla mənə göndərirdi. Mən də mesajla eyni qaydada biletlərin kodunu və reyslərin nömrəsini bilet təşkil etdiyim şəxslərə verirdim. Bu xidmətlərimə görə Vaqif hər biletdən mənə biletin qiymətindən asılı olaraq 40, 50, 60, bəzən də 200 dollar verirdi. Biletin qiyməti baha olanda Vaqif mənə daha çox pul verirdi. 2008-ci ilin iyun-noyabr ayları ərzində Vaqifdən  təxminən 40-45 ədəd elektron aviabilet alıb satmışam.

Alver şıdırğı gedir…

Bu minvalla Vaqifdən alıb-satdığım elektron biletlər üçün  Vaqifə təxminən 4000 dollar vermişəm. Bu pulları ona hissə-hissə vermişəm. Həmin pulları Vaqifin özünə, qardaşı Fəridə və Vaqifin dostu Elyara vermişəm. Elyar da elektron biletlərin alqı-satqısında Vaqiflə şərik idi. Belə ki onlardan alıb satdığım  biletlərin pullarını gecikdirəndə  Elyar mənə hədə-qorxu gəlib deyirdi ki, onlar Dubayda tanınmış həbsxanada  yatıblar. Əgər biletlərin pulunu ödəməsəm mənim üçün pis olar.
Vaqif tutulmamışdan 15-20 gün qabaq MTN-nin Nəsimi rayon idarəsinin aşağı hissəsinə gəlib mənimlə görüşdü və bildirdi ki, onu dirəyiblər, biletlərin pulunu ona verim. Mən də dedim ki,  imkanım yoxdur, gözlə verərəm. Vaqif mənə dedi ki, qaqaş, kül sənin başına, işləyə bilmirsən, iş qızışıb, bu işlə “xammer” alanlar var, işlə, mən də sənə çoxlu xeyir verim. Həmin vaxt müştərilərim az idi. Vaqif mənə təklif etdi ki, ona çoxsaylı müştərilər verim, xeyrimi götürməyib borclarımı bağlayım. Vaqifin hesablamağına görə mənim ona 2000 dollar borcum var idi. Bu borc indiyə qədər qalır. Həmin borcu məndən bir neçə dəfə onun qardaşı Fərid də  tələb edib. Vaqif bir neçə dəfə anama zəng edərək hədə-qorxu gəlib ki, pulumu verməsə Ata üçün pis olacaq. Mən özüm türmədə yatmışam. Ataya pislik edərəm. Mən arxasız deyiləm. (Digər tərəflər ittiham zamanı Ata Abdullayevin onlara şər atdığını, heç bir hədə-qorxu olmadan qarşılıqlı anlaşma şəraitində işlədiklərini bildirirlər-red.).
Beləliklə, bildim ki, Vaqif bu elektron avia biletləri qanunsuz yolla təşkil edir. Belə ki, bir dəfə “Türk hava yolları” ilə elektron aviabilet təşkil etdiyim şəxs mənə zəng edərək dedi ki, qeydiyyatda ondan adına olan biletin dəyəri ödənilmiş kart sahibinin kredit kartının surəti də  əlavə edilməlidir. Bu barədə Vaqifə dedim, dönə-dönə ondan soruşdum ki, bu işdən aviakompaniyalara ziyan yoxdur ki?  Vaqif də bildirdi ki, onlar pullarını alırlar, qələt edirlər, viza kartların surətini mən onlara elektron poçtla  göndərəcəm.
Vaqif deyirdi ki, ona deyirlər ki, mənim polislərlə sıx əlaqəm var, deyirdi ki, sən “itlərlə” oturub-durursan. Bu fəaliyyətdən, təxminən 3-4 min dollar pul qazanmış olardım. Müştərilər həmin biletlərin pulunu qabaqcadan mənə vermirdilər, uçub gedəndən və ya gələndən sonra biletin pulunu ödəyirdilər. Vaqiflə elektron aviabilet alveri edərkən mənə deyirdi ki, ondan başqa Azərbaycanda bu yolla aviabilet təşkil edən 2-3 nəfər də var. Mən ondan həmin şəxslərin kimliyilə maraqlananda mənə dedi ki, anket  doldurursan?! Dedim ki, anket doldurmuram, de görüm kimlər məşğul olur, lakin Vaqif mənə demədi.

Zəncilər deyirlər ki, onlar Atadan başqa heç kimi tanımayıblar

Mən “Qarabağ” futbol komandasında bir il öncə nəzarətçi işləmişəm. Həmin vaxt xarici ölkə vətəndaşı olan neqr Abdulla tanış olmuşam. Ona dedim ki, əgər aviabilet almaq istəsə, Nigeriyaya uçanda mənə desin, ona qiymətindən 400-500 dollar ucuzuna xaricə uçmağa elektron aviabilet təşkil edə bilərəm. Abdul mənə dedi ki, onun Toni adlı tanışı var və o, Bakıda yaşayır, elektron aviabiletlər təşkil edir. Tonidən başqa Abdul zəng edib Şetu adlı şəxslə də danışırdı və ona elektron aviabiletlər sifariş verirdi. Samsun adlı Nigeriya vətəndaşı da bu işlə məşğul olur. Mən Abdul, Samsun və Toni vasitəsilə dəfələrlə özümə, anama, qardaşım Elnura,  onun həyat yoldaşına, özümün həyat yoldaşıma, anamın rəfiqəsi, onun qızına elektron aviabiletlər almışam.
Vaqif Toni, Abdul və Samsun adlı şəxslər vasitəsilə də avia biletlərin qanunsuz satışıyla məşğul olurdu. Mən özüm Vaqifin vasitəsilə Ağcabədidən olan Sahib Muradov, Teymur dayı, Tahir Əmirquliyev, Elgiz, Vaqif Qubatov üçün “Azal”ın “Aeroflot”un reyslərinə elektron aviabiletlər əldə edib satmışam. Həmin şəxslərin tam anket məlumatlarını bilmirəm. Onlar hamısı Moskvada yaşayır. Sahib dayı Həcc ziyarətində olduğu üçün onu Hacı Sahib kimi tanıyırlar. Hacı Sahib mənə elektron biletlərlə uçmaq istəyən şəxslərin məlumatlarını göndərirdi, mən də biletləri yazdırıb ona göndərib pulunu alırdım. Onun sifarişilə  bacısına, yoldaşına, bacısı uşaqlarına və digər şəxslərə biletlər  alıb satmışam.

Yeni epizodlar

Hacı Sahib və “Balaşixa” Vaqifin telefon nömrələrini öyrənib istintaqa bildirəcəyəm. Mən həmişə bilet sifariş verdiyim şəxslərin  anket məlumatlarını Toni, Samsun və Abdula mobil telefonla mesaj yazaraq göndərmişəm, onlar da eyni qayda ilə biletlərin kodlarını və reyslərin nömrəsini mesajla mənə göndəriblər, sonra da eyni qaydayla müştərilərə göndərmişəm. Mənim e-mailim, elektron poçt ünvanım “ssantino188@ hotmail.com”dur. Imeilimin kodu isə 4986328-dir. Bəzən bu poçt vasitəsilə onlarla internet klublardan yazışmalar aparmışam. Samsun və Tonidən aldığım biletlərin pulunu onlara bank vasitəsilə göndərmişəm. Abdula isə biletlərin pulunu əlbəəl vermişəm. Qazandığım pullardan nağd pul verib biletlər almışam və müştərilərə vermişəm.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button