Now Reading:
Rövşən Əhmədov həbs edildi

Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov həbs olunub.

az24saat.org xəbər verir ki, bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasının üzvü, Ç. Baxşıyevin vəkili Ceyhun Yusifov bildirib.

Onun sözlərinə görə, bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə R.Əhmədov barəsində həbslə axtarış qərarı verilib.

R. Əhmədov son bir neçə iclasa gəlmədiyi üçün proses təxirə salınıb.

Məhkəmə qərarı ilə axtarışda olan R.Əhmədov özünə məxsus mənzildə saxlanılıb.

Ceyhun Yusifov əlavə edib ki, o, bu günə qədər üç dəfə cinayət törədib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.