Loading...
Loading...
Gündəm

Rövşən Əkbərovun işi üzrə istintaq yekunlaşıb

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun işi üzrə istintaq yekunlaşıb, Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu barədə AzadlıqRadiosuna iyulun 1-də Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

R.Əkbərov 2001-ci ildə xuliqanlıq niyyəti ilə qətl törətməkdə ittiham edilir.

Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”, – məlumatda bildirilir.

Ondan və vəkilindən bu ittihama, hələlik, ayrılıqda münasibət almaq mümkün olmayıb.

Ehtiyatda olan general-leytenant R.Əkbərov bu il martın 16-da həbs olunub. İlkin istintaq dövrü üçün onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 56-yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilmişdi. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilmişdi.

24 saat” “Rövşən Əkbərovun işi üzrə istintaq yekunlaşıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button