2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Rövşən Ağayev: “1 qəpik artım 2,5 milyon abonentə 24 milyon manata başa gələcək”

Taarif Şurası iyulun 14-də elektrik enerjisinin qiymətini 1 qəpik və ya 17 % artırıb. Qərar iyulun 15-dən qüvvəyə minəcək. Hakimiyyətin siyasi və iqtisadi kursunu müdafiə edən iqtisadçılar bunu yerində atılan addım kimi qiymətləndirir. Lakin müstəqil iqtisadçılar məsələyə bir qədər fərqli yanaşır.
24saat.org müstəqil iqtisadçı Rövşən Ağayevin Taarif Şurasının son qərarına münasibətini təqdim edir. Qeyd edək ki, R.Ağayev artımla bağlı fikrini sosial şəbəkələrdə ifadə edib.
İqtisadçı-ekspert deyib ki, içməli su tariflərinin ardınca elektrik enerjisinin qiyməti təxminn 17% artırılıb: “ Devalvasiyadan sonra iqtisadiyyatın inflyasiya həssaslığı əhəmiyyətli dərəcədə yüksəlib. Belə şəraitdə tarifləri dövlət tərəfindən tənzimlənən məhsulların (xidmətlərin) qiymətinin artırılması baza inflyasiyasının artırmaqla ölkədə ümumi qiymət səviyyəsinin yüksəlməsini şərtləndirir.
Bəs “1 qəpiklik!” artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə nə qədər xərc yaradacaq?
Rəsmi məlumata görə, hazırda ölkə üzrə təxminən 17 milyard kv.saat elektrik enerjisi istehlak edilir. Bu köhnə tariflərlə 1.020 milyard manat edirdi. Yeni tariflərlə 1.190 milyard manat edəcək. Yəni “1 qəpiklik!” artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə 170 milyon manat xərc yaradacaq.
Əhalinin enerji istehlakı təxminən 7 milyard kv.saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard kv.saat təşkil edir. Artan tarifə görə xərclərin 42 milyon manatını ailələr, 128 milyon manatını isə müəssisə və təşkilatlar ödəyəcək.
Aydındır ki, müəssisə və təşkilatlar öz artan xərlərini məhsul və xidmətlərin qiymətinə əlavə etməklə əhalidən alacaqlar. Nəticədə əhali təkcə özü istehlak elədiyi 7 milyard kv.saata görə deyil, iqtisadiyyatdan aldığı məhsul və xidmətlərin yaradılmasına sərf edilən enerjiyə görə də xərcə düşəcək.
Azərbaycanda 2.5 milyon enerji alan ailə təsərrüfatının olduğunu nəzərə alsaq, “1 qəpiklik!” artım birbaşa və dolayı yolla (inflyasiya nəticəsində) hər bir ailəyə ayda təxminən 7-8 manat zərər vuracaq. “1 qəpiklik!” artıma kiçik deyib keçməyin, enerji şəbəkəsinə 170 milyon manat əlavə vəsait gətirəcək”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button