2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rövşən Qəmbər deputat Adil Əliyevdən Almaniya polisinə şikayət etdi

Almaniyada yaşayan azərbaycanlı ziyalı Rövşən Qəmbər deputat Adil Əliyevdən Almaniya polisinə şikayət edib.

Bu haqda “Basta”ya Rövşən Qəmbər özü məlumat verib.

O, bildirib ki, şikayətində martın 31-də Almaniyanın Köln şəhərində deputat Adil Əliyevin təşəbbüsü ilə keçirilən konfransda zorakılığa məruz qalması faktının araşdırılmasını və müvafiq tədbirlər görülməsini, ona dəyən mənəvi zərərə görə təzminat ödənilməsini istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, martın 31-də Almaniyanın Köln şəhərində Milli Məclisin üzvü Adil Əliyevin təşəbbüsü ilə keçirilən tədbirdə böyük qalmaqal yaşanıb. Adil Əliyev xaricdə yaşyan soydaşlarımızı 31 mart soyqırımı qurbanlarını anmaq adı ilə dəvət etsə də, konfransda “İlhamla irəli” kampaniyası çərçivəsində təbliğat aparıb. Lakin tədbir iştirakçılarından biri, gənc mühacir Rauf Babayevin çıxışı Adil Əliyevi şoka salıb.

Rauf Babayev Azərbaycanda cümhuriyyətçilik dəyərlərinin Əliyev hakimiyyəti tərəfindən məhv edildiyi, minlərlə insanın öz ölkəsindən didərgin salındığını, gənclərin “İlhamla irəli” getmək istəmədiklərini deyib.

Bundan sonra Adil Əliyev və onun köməkçiləri mikrofonu fərqli fikir söyləyən gəncin əlindən alıblar. Bir neçə nəfər Rauf Babayevi zaldan çıxarıb və ona zor tətbiq edib.

Konfransda iştirak edən Rövşən Qəmbər çıxışına görə zorakılıqla üzləşən gənc mühacirə dəstək verib. Bundan sonra Adil Əliyevin köməkçiləri Rövşən Qəmbərin qollarını burub konfransın keçirildiyi binanın kafesinə apararaq, ona fiziki təzyiq göstəriblər.

Qeyd edək ki, 40 ildən artıqdır Almaniyada yaşayan Rövşən Qəmbər MSDM-in sədri İsa Qəmbərin qardaşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button