2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ruben Vardanyan: “Düşünürəm ki, mən cənab Əliyevin təklif etdiyi danışıqların kriteriyalarına tam cavab verirəm”

Yayımlandı: 18 Noyabr 2022 17:31

Qarabağda yaşayan ermənilər Azərbaycanla beynəlxalq vasitəçilərin iştirakı ilə danışmaq istəyir

“Dağlıq Qarabağ Azərbaycanla danışıqlara hazırdır, ancaq beynəlxalq formatda, vasitəçilərin iştirakı ilə”.
Bu açıqlamanı tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Davit Babayan Azərbaycan Prezidenti İlham Əliyevin fikrinə münasibət bildirərkən bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Noyabrın 17-də İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi, cibində rus xalqından oğurlanmış milyardlar olan Vardanyan kimilərlə yox:
“O, Moskvadan aydın gündəmlə göndərilib”.

David Babayan Azadlıq Radiosunun erməni xidməti “Azatutuyun”a müsahibəsində “Əliyevin dedikləri son təslim olmaqdan başqa bir şey deyil”,- söyləyib.

Bunun əvəzində “Dağlıq Qarabağ” təmsilçisi faktiki olaraq iki ildir fəaliyyət göstərməyən Minsk Qrupunun formatından istifadə etməyi təklif edir:

“Müəyyən görüşlər ola bilər, ancaq Azərbaycan-Artsax (erməni tərəf Qarabağı belə adlandırır – red) yox, bu və ya digər yerdə müxtəlif tərkibli Azərbaycan, Artsax, Ermənistan, Rusiya, ABŞ, Fransa ola bilər, lakin bu, beynəlxalq səviyyədə tanınmalıdır. Bunun biri ATƏT-in Minsk Qrupunun formatıdır”.

D.Babayan. Foto: “kavkazru.press”

İlham Əliyevin açıqlamasında adını çəkdiyi Ruben Vardanyan isə bildirib ki, o, Rusiya vətəndaşlığından imtina edib və faktiki olaraq Stepanakert (Xankəndi) adından danışıqlara hazırdır:

“Düşünürəm ki, mən cənab Əliyevin təklif etdiyi danışıqların kriteriyalarına tam cavab verirəm. Mən Qarabağda yaşayıram və burada qalmaq istəyirəm”.

İlham Əliyevin sözlərinə görə, bu prosesdə iki yol olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər:

“Bunlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq və mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button