2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Rubl məngənədə – Beynəlxalq Bank məhdudiyyət tətbiq etdi və… aradan qaldırdı

Rusiyanın Ukraynaya hərbi təcavüzü və dünya birliyinin sərt müdaxiləsindən sonra rubl kəskin ucuzlaşıb. Hələ bir neçə gün əvvəl 1dollar – 75 rubl nisbəti bu gün bəzi banklarda və qara bazarda 1 dollar – 150 rubla çatıb.

Rublun kəskin ucuzlaşması Azərbaycandan da yan keçməyib. Artıq Beynəlxalq Bank rublla bağlı qeyri-müəyyənlik və riskləri nəzərə alaraq əhaliyə xəbərdarlıq göndərməyə başlayıb.

Beynəlxalq Bankdan Azərbaycan müştərilərinə göndərdiyi xəbərdarlıqda deyilir:

Saytların yığılması Saytlarin yigilmasi

“Hörmətli Müştəri,

Maliyyə bazarlarında Rusiya rublu (RUB) ilə bağlı  yaranmış vəziyyətlə  əlaqədar müvəqqəti olaraq İnternetBank xidmətində,  Rusiya rublunda  (RUB)   bütün  nağd, nağdsız və kross  konvertasiya  (alış/satış)  əməliyyatlarının  aparılması məhdudlaşdırılır.

Əməliyyatların bərpası barədə əlavə məlumat veriləcəkdir”.

Maraqlıdır ki, birinci xəbərdarlıqdan cəmi 3 dəqiqə sonra hansısa müdaxilə nəticəsində ikinci müraciət olub və məhdudiyyətin aradan qaldırıldığı elan edilib.

Şərhsiz…

24 saat” “Rubl məngənədə – Beynəlxalq Bank məhdudiyyət tətbiq etdi və… aradan qaldırdı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button