2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rüdəkənar kənd sakinləri sürüşmə təlaşında

Yayımlandı: 26 Fevral 2023 21:36

“Türkiyədə baş verən zəlzələdən sonra sakinlər daha da narahat olublar”

“Son günlər yağan qar və yağış sürüşməni aktivləşdirib, bir neçə ev təhlükədədir. Tədbir görülməzsə, həmçinin meyvə bağları və torpaq sahələri də məhv ola bilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Masallı rayonunun Rüdəkənar kəndinin sakinləri bildiriblər. Onların sözlərinə görə, davamlı müraciətlərdən sonra əraziyə baxış keçirilib. Qərara alınıb ki, sürüşən torpaq qatının qarşısı alınması üçün panellər qoyulsun. Sakinlər yazda yağıntıların intensivləşməsi nəticəsində vəziyyətin daha da çətinləşəcəyindən narahatdılar. 

Sakinlərdən Məhəmməd Məmmədov deyib ki, artıq 9-10 ildir vəziyyət belədir. Güclü yağışlardan sonra torpaq yuyulub, sürüşmə bir neçə evə qədər çatıb: “Türkiyədə baş verən zəlzələdən sonra sakinlər daha da narahat olublar. Çünki ölkənin cənub bölgəsi də seysmik aktiv ərazi sayılır. Bu baxımdan zəlzələ sürüşməyə, yaxud əksinə sürüşmənin zəlzələyə təsir edə biləcəyindən qorxurlar”.

Sakinlər çayın istiqamətinin dəyişdirilməsini də təklif edirlər. Onların sözlərinə görə, zaman-zaman daşqınlar baş verir. 

Rüdəkənar kənd Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, çay kənarında beton dirəklər yoxdur, məsələdən rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi də xəbərdardır: 

“Sürüşmə yalnız bir evin 10-15 metrliyinə qədər gəlib çatıb. Çayda daşqın olanda sürüşmə artır. Çay daşanda əkin sahələrini yuyur, amma ona yaxın evin təhlükədə olması ilə bağlı deyilənlər şişirdilib”.

Bələdiyyədən onu da deyiblər ki, artıq məsələ ilə bağlı tədbirlər müəyyənləşdirilib və icra ediləcək. 

Rüdəkənar kəndi Masallının Mahmudavar kənd inzibati ərazisində, rayon mərkəzindən 25 kilometr aralıda yerləşir. 

Bələdiyyədən onu da deyiblər ki, kəndin 1200-ə yaxın sakini var, amma əksəriyyət kənddə yaşamır. 

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button