Now Reading:
Rüfət Səfərov “karsa” salındı; anası ictimaiyyətə səsləndi

Rüfət Səfərov “karsa” salındı; anası ictimaiyyətə səsləndi

Ölkədəki haqsızlıqlara etiraz bəyanatı ilə prokurorluq orqanlarından istefa verən və bundan sonra şərlənərək həbs olunan keçmiş müstəntiq, siyasi məhbus Rüfət Səfərov cəza çəkdiyi 9 saylı müəssisədə 10 günlük “karsa” salınıb. Bu barədə onun vəkili və anası məlumat paylaşıb.

Anası Tahirə Səfərova oğlunun həyatına yaranan təhlükə, ondan hətta həbsxanada da əl çəkilmədiyi ilə bağlı ictimaiyyətə müraciət də edib. Müracitədə deyilir:

“Dostlar, sizləri də təkrar-təkrar yazmaqla yoruram. Mən bunun fərqindəyəm. Amma nə etməli ki, övlad dərdi ürəyimi param-parça edir. Oğlum Rüfətin taleyindən çox narahatam. O, bu günün özündə də ciddi təzyiqlər altındadır. Hər şeydən məlumatınız var. Rüfətin həbsxanada etiraz əlaməti olaraq aclıq aksiyasına başlaması ona bu dəfə çox ağır başa gəldi. Guya ki, daxili nizam-intizam qaydalarını pozduğuna görə oğlumu 10 günlük yenidən karsa saldılar. Bilmirəm nə edim,kimə müraciət edim. Qapıların hamısı üzümüzə bağlıdır. Rüfət azad fikir söylədiyinə görə şərlənərək 9 il azadlıqdan məhrum edilmişdir. Bilmirəm ondan daha nə istəyirlər. Sanki ölümünə durublar. Axı sizin də övladlarınız var. Allah hər şeyi görür. Verdiyiniz işgəncələr onsuz da Rüfətin sağlamlığında öz izini qoyub. Əziz analar və bacılar, Sizlərə müraciət edirəm. Köməyinizi,dəstəyinizi əsirgəməyin. Artıq iki gün karsda olmasına baxmayaraq onunla vəkilin görüşünə belə icazə vermirlər. Bu gün hörmətli Bəhruz Bayramovla həyat yoldaşım Eldar Sabiroğlu 9 saylı cəzaçəkməəssisəsinə baş çəkmiş vəəssisə rəhbərliyinin nümayəndəsi ilə aparılan qısa söhbətdən sonra geri qayıtmışlar. Mən Eldardan oğlumun vəziyyətini soruşdum. Söylədi ki, hər şey baş verə bilər.Hakimiyyətin tapşırığı ilə onun başına ən ağır hadisələrin açılması belə mümkündür. Bir ana kimi övladımın taleyinə daha dözə bilmirəm. Bu dərəcədə allahsızlğı sadəcə təsəvvür etmirəm.

Mən Rüfətimin sağlığını istəyirəm. Əgər bunu da ona çox görəcəklərsə göydəki Allah və bir də özləri bilsin. 

Əziz analar, indilərdə sizin səsinizə böyük ehtiyac duyuram. İnanıram ki, bunu məndən əsirgəyən deyilsiniz”.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.