2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rüfət Səfərov məhkəməsi təxirə salınıb

İyunun 20-də Ali Məhkəmədə siyasi bəyanatla Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdikdən sonra həbs olunan Rüfət Səfərovun kassasiya şikayətinə baxılıb.

Sabiq müstəntiq özü də, vəkili Bəhruz Bayramov da R.Səfərovun özünün də məhkəmədə iştirakı üçün Ali Məhkəməyə yazılı müraciət edib. Buna baxmayaraq, onu məhkəməyə gətirməyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Kassasiya şikayətinə baxan hakim Gülzar Rzayeva bildirib ki, R.Səfərovun gətirilməsi üçün müvafiq orqana məktub göndərilib, amma naməlum səbəbdən qərar yerinə yetirilməyib.

Sabiq müstəntiqin müdafiəsinə sonradan qoşulan daha iki vəkil – Fariz Namazlı və Yalçın İmanov məhkəməyə müraciət edərək, iş materialları ilə tanışlıq üçün vaxt istəyib. Bu səbəbdən də məhkəmə iyulun 11-nə qədər təxirə salınıb.

Hakim bildirib ki, növbəti məhkəmədə R.Səfərovun özünün də iştirakı təmin olunacaq.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

2016-cı il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button