2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Rüfətin Lənkərandaca qandallanması mümkündür”

Eldar Sabiroğlu: “Məhkəmənin işində axıracan iştirak edəcəm”

Məlum olduğu kimi, keçmiş müstəntiq Rüfət Səfərovun məhkəmə işinə Lənkərən Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Sözügedən məsələyə münasibət öyrənmək, işin Lənkərana göndərilməsinin səbəblərini öyrənmək məqsədi ilə R.Səfərovun atası, sabiq millət vəkili Eldar Sabiroğluna müraciət etdik. E.SabiroğluModerator.az-a açıqlamasında işin Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz etmədiyini bildirdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Əvvəlcə bizə bildirirdilər ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaqdır. Sonda aydın oldu ki, proses Lənkəran şəhərində baş tutacaqdır. Vəziyyətin nə üçün belə şəkil aldığını izah etməkdə çətinlik çəkirəm. Lakin qeyd etməliyəm ki, burada qanunsuz bir addım atılmamışdır. Zərdab ərazi yurisdiksiyasına görə Lənkərən Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, iş də oraya göndərilmişdir. Ancaq prosesin Bakı şəhərində aparılacağını da qanun qadağan etmirdi. Yəqin belə məsləhət görüblər. Prokurorluğun gəldiyi bu qənaət qanuna zidd olmadığından, etirazım yoxdur. İndi məni düşündürən əsas məsələ məhkəmənin gedişatı ilə bağlıdır. Ədalətə inamımı itirmək fikrində deyiləm, ancaq başqa vəziyyətlə qarşılaşacağımızı da istisna etmirəm. Mümkündür ki, Rüfəti oradaca qandallayıb həbsxanaya yola salsınlar. Bütün bunlara baxmayaraq, səbirlə ədalət mühakiməsinin necə cərəyan edəcəyini diqqətlə izləyəcəyəm. Nə qədər əziyyət olsa da, yolun uzaqlığını nəzərə almadan məhkəmənin işində axıracan iştirak edəcəyəm”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button